adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 12:26
1303
SİYASƏT
A- A+

"ABŞ qondarma problemlər yaratmağa cəhd edir" - Politoloqdan AÇIQLAMA

ABŞ səfirliyi Azərbaycanda qondarma problemlər yaratmağa çalışır. Bunu Adalet.az-a politoloq Tural İsmayılov bildirib.

“ABŞ-ın Azərbaycandakı səfirliyi məişət zorakılığı, seksual azlıqların hüquqları kimi mövzuları gündəmə gətirməklə Azərbaycanda qondarma problemlər icad etməyə və xalqımızın, xüsusilə gənclərin mənəvi deqradasiyası üçün səylərini gücləndirir. ABŞ Azərbaycanın İstanbul konvensiyasına qoşulmasına nail olmağa, bununla da ölkəmizdə seksual azlıqların hüquqlarını prioritet səviyyəyə çatdırmağa, uşaqları seskual həyata cəlb etməyə, eynicinslilərin nigahını rəsmiləşdirməyə və digər bu kimi xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan meyilləri əsrlərlə formalaşmış həyat tərzimizə hakim kəsməyə çalışır. ABŞ-ın belə məsələlərdə əsas təsir mexanizmlərindən biri olan USAİD-in son zamanlar Azərbaycanda fəallıq göstərməyə cəhd etdiyi müşahidə olunur. ABŞ səfirliyi bu təşkilatın xətti ilə sözügedən istiqamətdə layihələr həyata keçirtməyə çalışır. Azərbaycan ictimaiyyəti ABŞ-ın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd olan məsələləri gündəmə gətirməsinə ciddi etirazını bildirməlidir. Amerika cəmiyyətinin həyat tərzini başqa ölkələrə ekspansiya etmək cəhdləri uğursuz cəhddir.”

Emin