adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 12:53
639
MƏMLƏKƏT
A- A+

Texniki cəhətdən nasaz avtomobillər

Hamı yaxşı bilir ki, texniki cəhətdən nasaz avtomobillər həm qəza şəraiti yaradır, həm də atmosferə normadan artıq zərərli qazlar atır. Bu isə o deməkdir ki, nasaz avtomobillərlə mənzil başına getmək çox təhlükəlidir.

Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki-müfəttişlik şöbəsinin rəisi, polis polkovnik-leytenant Xalid Əzimov bildirir ki, hər bir sürücü nəqliyyat vasitəsini vaxtında texniki baxışdan keçirsə, həmin avtomobildə mövcud nöqsanlar aşkar edilir. Və bu mövcud nöqsanlar mütləq nəqliyyat vasitələrinin sahibləri tərəfindən aradan qaldırılmalıdır. Biz bir daha nəqliyyat vasitələrinin sahiblərinə tövsiyə edirik ki, idarə etdikləri avtomobilləri vaxtında texniki baxışdan keçirsinlər və aşkar edilən qüsurları aradan qaldırsınlar. Texniki qüsurların aradan qaldırılması o deməkdir ki, həmin avtomobilləri idarə etmək və mənzil başına getmək heç bir təhlükə yaratmır. Təhlükəni o yaradır ki, sürücü nasaz avtomobilin sükanı arxasında əyləşir və harasa gedir.

Emil FAİQOĞLU