adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 16:49
1664
DÜNYA
A- A+

İran səfiri Gorus-Qafan yoluna görə Qriqoryanla görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri ilə görüşüb.

Adalet.az xəbər verir ki, bu məlumatı Ermənistan Təhlükəsizlik Şurasının Mətbuat Xidməti yayıb.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf etdiyi bildirilib.

Səfir Ermənistanla İran arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını bildirib.

Zühuri Ermənistanla İranı birləşdirən infrastrukturda yaranan problemlərdən narahat olduğunu da deyib.(axar.az)