adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Sentyabr 2021 18:09
965
SİYASƏT
A- A+

Vasif Talıbov Argentina səfiri ilə görüşdü

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb.

Adalet.az-ın məlumatına görə, Ali Məclisin Sədri ölkələrimiz arasındakı əlaqələrdən bəhs edib, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının blokada şəraitində yaşadığını bildirib. Muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq və enerji təhlükəsizliyi səhəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Argentina arasında əlaqələrin, xüsusilə də universitetlərarası əməkdaşlığın inkişafı üçün potensialın olduğunu vurğulayıb.

Serxio Osvaldo Perez Qunella Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib. Muxtar respublikaya səfərinin əhəmiyyətini vurğulayan diplomat əcnəbilər üçün Naxçıvanın olduqca cəlbedici olduğunu və muxtar respublikanın inkişafının bir çox sahədə əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, xatirə şəkli çəkdirilib.