SON DƏQİQƏ:

Təhsil müəssisələrində Anım Günü ilə bağlı tədbirlər keçiriləcək

  199   |  
Şriftin ölçüsü  

Təhsil Nazirliyinin Anım Günü ilə bağlı Tədbirlər Planına əsasən, bütün təhsil müəssisələrində bu günə həsr olunan dərslər keçiriləcək.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, həmçinin təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır. Məktəblilər arasında “Məktəblilər arasında şahmat turniri”nin, eləcə də idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.

Tədbirlər Planına təhsil müəssisələrində mütəmadi olaraq Vətən müharibəsi, əsgər və zabitlərimizin şücaəti, Anım və Zəfər günləri ilə bağlı mövzuların ümumi təhsilin məzmununa inteqrasiyası və tədrisinin təşkili, təhsilalanların Vətən Müharibəsi Memorial Kompleksinə, Zəfər Muzeyinə ekskursiyalarının təşkili, şəhidlərin anım günlərinin keçirilməsi, onların məzarlarının ziyarət edilməsi, həyat və mübarizə yolunu əks etdirən videobülletenlərin hazırlanması daxildir. Eləcə də, təhsil müəssisələrində Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlər, qazilər, şəhid olmuş əsgər və zabitlərin ailə üzvləri ilə görüşlərin təşkili, şəhidlərin həyat və mübarizə yolunu əks etdirən videoçarxların nümayişi planlaşdırılır.

Təhsil müəssisələrində işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlər təşkil ediləcək, həyata keçirilən quruculuq işləri barədə təhsilalanlara məlumatlar veriləcək, videomateriallar nümayiş olunacaq.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK