adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
24 Sentyabr 2021 13:12
1101
SİYASƏT
A- A+

Deputat Baydeni yıxdı-sürüdü: “Terroçuları müdafiə edir…”

Birləşmiş Ştatlar prezidenti Cozef Bayden Ermənistanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar Ermənistan baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib. Təbrik məktubunda o, Qarabağ münaqişəsinin nizamlanmasına və erməni əsirlərin azad edilməsinə dəstək vəd edib.

Bayden iddia edib ki, guya erməni xalqı təhdidlərlə üzləşib: “Ermənistan xalqı təhdidlər, o cümlədən Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı təhdidlərlə üzləşib, bu da faciəvi itkilərə səbəb olub. Biz erməni xalqının acısına ortaq olaraq, ATƏT-in Minsk Qrupu formatında və digər regional formatlarda regional sabitliyin təmin edilməsi və münaqişənin nizamlanması üçün Ermənistan hökuməti ilə əl-ələ işləyəcəyik. ABŞ Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsi istiqamətində tədbirləri davam etdirəcək”.

Maraqlıdır ki, Co Bayden Azərbaycanın 2 dəfə həbsdən azad etdiyi diversantlardan, Ermənistanın hələ də vermək istəmədiyi mina xəritələrindən bir kəlmə də danışmayıb.

Baydenin bu məktubu Azərbaycanda haqlı olaraq böyük narazılığa səbəb olub. Millət vəkili Ceyhun Məmmədov “Adalet.az”-a verdiyi açıqlama bildirdi ki, ya Baydenin heç  nədən xəbəri yoxdur, bilmədiyi sənədə qol çəkdiriblər, ya da bu fikirlər məqsədli şəkildə o sənəddə əksini tapıb.

“Bu təbrikdə bir sıra məsələlərə toxunulub. Onlardan biri, guya Qarabağ ermənilərinin müharibədə itki verməsi ilə bağlıdır. Halbu ki, Azərbaycanın yüzlərlə mülki əhalisi by müharibədə şəhid oldu. Bayden təbrik məktubunda hərbi əsirlərlə bağlı məsələni də vurğulayıb. Açıq aydın hiss olunur ki, bu təbrik erməni lobbisinin təsiri ilə hazırlanıb. Burda məni narahat edən başlıca məsələ budur ki, Bayden niyə Ermənistanın 30 illiyini təbrik edərkən Qarabağdan danışır? Mən iki-üç erməni terrorçusu üçün narahat olan Baydenə sual vermək istəyirəm ki, 1-ci Qarabağ müharibəsində ermənilərin əsir götürdüyü 4000 azərbaycanlının aqibətini niyə Ermənistandan soruşmur? Biz indiyədək görməmişik ki, ABŞ prezidentləri Azərbaycana hansısa təbrik məktubu göndərəndə bu barədə bir kəlmə də yazsın. Ona görə də, Baydenin Ermənistanın baş nazirinə yazdığı sonuncu təbrik məktubu ədalətsizliyin, iki standartların təzühürdür. Bayden hansı erməni hərbi əsirlərindən danışır? Azərbaycan elə 3 gün əvvəl azıb bizim tərəfə keşmiş ermənini qaytardı.  Hətta Rusiya xairic işlər naziri Lavrov erməni həmkarı ilə görüşdə dedi ki, onlar 10 noyabrdan sonra həbs olunduqları üçün hərbi əsir deyillər. Burada belə bir mənzərə yaranır ki, ya Baydenin heç nədədn xəbəri yoxdur, bilmədiyi sənədə qol çəkdiriblər, ya da  bu fikirlər məqsədli şəkildə o sənəddə əksini tapıb. Bu gün Azərbaycanda heç bir hərbi əsir yoxdur, onlar terrorçudurlar. Əgər terrorçuların aqibəti onları narahat edirsə, açıq- aşkar bunu etiraf etsinlər, bilək ki, bəli, Bayden  terroçuları müdafiə edir. Çünki Baydenin hərbi əsir dediyi hərbçilər müharibədən sonra, Azərbaycanda diversiya törətmək üçün ərazimizə gizli keçmiş terrorçulardır”,- deyə millət vəkili bildirdi.

 

İltifat HACIXANOĞLU