adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Oktyabr 2021 14:28
1920
TEXNOLOGİYA
A- A+

MARK ÜZR İSTƏDİ, SOSİAL ŞƏBƏKƏLƏR ARTIQ İŞLƏYİR

Amerikanın New York Times qəzeti yazıb ki,  Facebookun mütəxəsisləri serverləri əllə  bərpa etmək üçün bolqarkalardan istifadə edib. Lakin sonradan səhvlərini düzəldərək, məqalənin bu hissəsini səhifədən çıxarıblar.
 

"Əvvəlki məlumatlarda Facebook komandasının Kaliforniyada, Santa Klarada, serverlərdə məlumatları toplamaq üçün, məişət bolqarkalarından istifadə etdikləri barədə verilən məlumatda yanlışĺq olub"- deyə qəzet bildirib.
 

Şirkətin idarə etdiyi Facebook, WatsApp və bir sıra əlavələrində baş verən kəsilmələr nəticəsində, dünən 8 saat istifadəçilərin girişində problemlər yaranıb. İlkin məlumatlara görə, kəsilmələrin səbəbi, proqram yeniləməsində buraxılan səhvlər nətivəsində baş verib.
 

Fakebokun rəhbəri Mark Sukerberq istifadəçilərdən üzr istəyərək bildirib ki, artıq şəbəkələrin hamısi fəaliyyətini bərpa edib.

Rüstəm Hacıyev