adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Oktyabr 2021 16:13
1223
İDMAN
A- A+

Dağın başındakı ikinci keçini tapa bilmədim 

Deməli, belə. Bizim bir eloğlu çıxmışmış dağlara  və dağın başında bir keçi tapır. Və sevinə-sevinə gətirir  evə. Və ondan sonra hər gün yenə həmin yerə  gedirmiş ki, bəlkə bir keçi də tapdı, amma heç vaxt ikinci keçini  tapa bilmir.

Dünən Azərbaycan-Serbiya oyununa baxanda bu lətifə yadıma düşdü. Serbiyanın  qapıçısı  topu verdi bizim oyunçuya və bir qol vurduq. Sevincimizin həddi-hüdudu yox idi və özümü həmin eloğlum kimi dağın başında  keçi tapan kimi  hiss elədim. Və oyunun  sonunacan həsrətlə gözlədim ki, Serbiyanın  qapıçısı ikinci bir «keçi» də verəcək bizə, amma namərd vermədi.