adalet.az header logo
  • Bakı 18°C
13 Oktyabr 2021 16:14
1785
İDMAN
A- A+

DEYƏSƏN, DE BYAZİ  DOĞRUDAN BİZİMLƏ MƏZƏLƏNİR

Serbiyaya 1:3 hesabı ilə  uduzandan  sonra heç də milli olmayan milli komandamızın baş məşqçisi bildirdi ki, nəticəyə  fikir verməyin, doğrudan  gözəl oynadıq.

Heç bir gözəl  oyun  nümayiş etdirmədik. Sadəcə olaraq, uşaqlar olub-qalanını  meydana  tökmüşdülər. Amma futbol hansısa oyunçunun olub-qalanını  meydana  tökməklə deyil, baş məşqçinin  qurduğu  oyundan  asılıdır.

De Byazi də heç nə qura bilməmişdi. Ona görə də komandamız əli ətəyindən  uzun qayıtdı.

Bir də deyir ki, komanda təzə-təzə formalaşır. Sənə innən belə Foqts kimi  dörd il lazımdı komandanı axırıncı yerdə saxlamağa?