adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Oktyabr 2021 16:42
716
GÜNDƏM
A- A+

Aqil Abbas: "Şiəliklə siyasi şiəlik fərqlidir"

“Din xadimlərinin İran-Azərbaycan münasibəti ilə bağlı danışmasını ummuram. Açığı heç onların danışmağını da istəmirəm”.

Bunu İran-Azərbaycan arasında gərginliyə din xadimlərinin səssiz qalmasına münasibət bildirən millət vəkili Aqil Abbas Yenicag.az-da deyib.

Aqil Abbas bildirib ki, din xadimləri danışmaqdansa yaxşı fatihə verə bilirlər:

“Azərbaycanlı din xadimləri İrana fatihə verə bilərlər. Danışmaqlarına lüzum yoxdur”.

Millət vəkili şiəliklə siyasi şiəliyə fərqli münasibət göstərilməli olduğunu deyərək, siyasi şiəliyə görə şiələrin hədəfə çevrildiyini deyib:

“Biri var şiəlik, biri də var siyasi şiəlik. Özüm şiəyəm. Siyasi şiəlik SSRİ-nin kommunist partiyası kimidir. İran şiəliyi siyasidir. Müxtəlif qruplar şiəliyə qarşı hücuma keçiblər. Azərbaycanın böyük hissəsi şiədir. Onların nə günahı var? Siyasi şiələrə hücum etmək lazımdır. Siyasi şiəliyi təbliğ edənlərlə mübarizə aparmaq lazımdır. Bir mollanın, din xadiminin dediyindən Azərbaycanın tanınmış bir yazıçısının, bəstəkarının, ziyalısının, jurnalistinin dediyi yüz qat artıqdır”.