SON DƏQİQƏ:

İranın quruda, dənizdə, havada  “əzələ nümayişi” qorxutdumu? – “Qonaq siyasəti”

  1186   |  
Şriftin ölçüsü  

 

Azərbaycan dövləri İran TIRlarını öz sərhədləri çərçivəsində ( Zəngəzur bölgəsində Gorus-Qafan avtomobil yolu) icazəsiz gediş-gəlişinə qadağa qoyan gündən İran İslam Respublikası necə deyərlər “dəli” olub. Uzun illərdi onun qonşuluğa, din qardaşlığına, diplomatik əlaqələrə zidd olan hərəkətlərinə susan Azərbaycanın bu dəfə susmaması İranı əzələ nümayiş etdirmək, “güc”ünü Azərbaycana bildirmək məqsədi ilə ən sonuncu, yəni lazımsız metodlara əl atmasına səbəb oldu.

 Adalet.az xəbər verir ki, İran Azərbaycanın gözünü qorxutmaq üçün hərbi təlimlərə başladı

İran Ordusu Quru Qüvvələri ilk əvvəl -1 oktyabrda Azərbaycan sərhədlərində ölkənin şimal-qərb bölgəsində "Xeybər Fatehləri' adlı hərbi təlim keçirdi
Təlim geniş bir ərazidə başladı.Bu təlim İran Ordusu Quru Qüvvələrinə aid 216 və 316-cı zirehli briqada, 25-ci briqada, 11-ci topçu qrupu, PUA qrupu, 433-cü döyüş mühəndisliyi və vertolyotların iştirakı ilə keçirildi. (Düzdür, İrandakı Bozqurdumuz bu təlimə bir barmaq eləməklə, onun “ecazkarlığını” zay elədi. Amma təlim başa çatdı. Azərbaycanın heç tükü də tərpənmədi. Yəni TIRlar qaldı yollarda.

 


Bunu görən İran 11 oktyabr-!nqilab Keşikçiləri Korpusua Xəzər dənizinə hərbi donanmasını çıxartdı.Katerlərin hamısı iriçaplı pulemyotla təchiz edildi. Onların sayının 4 mindən çox olduğu bildirildi. O da qeyd olundu ki, sayın çox olması silah və döyüş texnikalarının zəifliyini kompensasiya etmək məqsədi daşıyır. Azərbaycanla münasibətlərin kəskinləşəcəyi təqdirdə, İran komandanlığı Bakı üçün xüsusi əhəmiyyətə sahib Xəzərdəki neft infrastrukturu obyektlərini "Moskit (ağcaqanad) donanması"ndan asanlıqla istifadə edərək hədəf ala biləcək.Nəzərə almaq lazımdır ki, onlardan kütləvi şəkildə və qəfil istifadə etməklə müxtəlif diversiya əməliyyatları, o cümlədən neft-qaz platformalarına hücumlar həyata keçirmək mümkün idi.


Nəisə, çox aşağı-yuxarı üzdülər, baxdılar ki, Azərbaycan ümumiyyətlə bunları heş vecinə almır və dənizdə, öz ərazisində o da başarılı təlimlər keçir, yenə suyu süzülə-süzülə qayıtdılar oturdular yerində.
Ermənilər böyük qardaşlarının qulağına pışıldadı ki, ey dili qafil nə yatmısan, Azərbaycan səni yenə də saymadı, TIRlar yenədə keçid məntəqəsində söylənə-söylənə qalıb

İran da baxdı ki, məsələ elə erməni dediyi kimidi, yenə əzələ nümayişinə başladı. 12 oktyabr- İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) və İran ordusu "strateji obyektləri müdafiə etmək" üçün birgə hava təlimləri keçirdlər.
Hərbi təlim iki gün davam etd və etməkdədir. Təlimdə İran Ordusunun Hərbi Hava, Hava Hücumundan Müdafiə Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri iştirak edir.


SEPAH-a bağlı "Xatəm-əl-Ənbiya" Birgə Hava Hücumundan Müdafiə Qərargahının komandanı, briqada generalı Qadir Rəhimzadə birgə ixtisaslaşdırılmış hava hücumundan müdafiə təliminin əməliyyat mərhələsinin ölkənin mərkəzi səhralıq (kəvir) bölgəsində keçiriləcəyini demişdi. Keçirilən hava təlimi "Vilayət səmasının müdafiəçiləri-1400" adlanır və İran hərbi rəsmilərinə görə, təlimdə pilotsuz təyyarələrdən istifadə ediləcək.
Uzun sözün qısası, bu gün adıgedən təlimin sonuncu günüdür və Azərbaycan İranın “əzələ nümayişi”ndən təsirlənmədiyini bütün hərəkətləri və qərarlığı ilə ortaya qoyur. 
Adamın üstündə Allahı var. Azərbaycanın İranın özünü “lezvalamasına” laqeyd qalması erməniləri ayıltı və onlar tələsik Zəngəzur bölgəsində Gorus-Qafan avtomobil yoluna alternativ magistral tikir. 68 kilometrlik Tatev-Ağvani yolunun 25-68 kilometr arasındakı hissəsində təmir işləri aparılır. Qalan hissəsi artıq asfaltlanıb. Ağıllanıb də bu ermənilər.
Amma təəssüf ki, İran bir aydı göstərdiyi təlim şousundan, hədə-hədyan ritorikasından ayılıb fikirləşə bilməyib.
Biri bu İranı başa salsın ki, dünya yeni düzənlə idarə olunur. Bu yeniliyin içərisində güclü ordusu, yenilməz xalqı olan Azərbaycan dövləti də var. Eyni zamanda Türkiyə kimi qardaşı Pakistan, İsrail kimi qardaş qədər əziz dostları var. İran, anla, sənin bir aydı sərgilədiyin “hərbə-zorba” keçmədi.

 

"Qonaq siyasət" - lətifə 


Bir kişi bir şəhərdən başqa bir şəhərə səfər edirmiş , bir kəndin yanına çatanda baxır ki, qaranlıq düşüb yola davam eləsə bunu yolda qurd-quş yeyəcək. Dönür kəndəki gecəni qalsın, sabah tezdən yola düşsün. Kəndin kənarındakı bir qapını döyür, qapını qadın açır. Kişi başına gələni buna danışır. Qadın deyir, ay qardaş yoldaşım uzun illərdi uzaqlara işləməyə gedib, evdə təkəm, Vallah sizin gəlib bu evdə qalmağınız yaxşı çıxmaz. Kişi çox yalvar-yaxar edir.deyir səndə mənim, bacım,  vallah mən pis adam deyiləm. Gecəni qalıb, dan üzü də evdən çıxıb gedəcəm.
Qadın nacar qalır, kişini evə buraxır. Buna çay-çörək verir. Yatmaq zamanı gəlir, qadın evin arasında bir pərdə çəkir, pərdənin bir üzündə kişiyə yer salır,  o biri üzündə öz çarpayısında da özü  yatır.  Kişi nə qədər eliyir gözünə yuxu getmir. Çarpayının səsindən hiss edir ki, heç qadın da yata bilmir.  Fikirləşir ki, ay Allah sənə söz vermişəm, bu pərdəni qaldırıb o üzə keçə bilmərəm, mən neyniyim ki, qadın özü məni çağırsın, günah məndən getsin.  
Aha, tapır!  Özün vurur yuxuluğa , guya yuxunun içində sayıqlayır: Bir dəli şeydan deyir,  qaldır pərdəni keç o tərəfə...
Baxır  ki, qadın bunun sayıqlamasını eşidən kimi yerində qurcalandı. Yolçu anlaya bilmədi bu qurçalanma xeyrədir, yoxsa  “tərs”liyə..
 Bir də "sayıqlayır": Bir dəli şeytan deyir:pərdəni parçala  keç, o tərəfə, afəti al qollarına...
Qadın yenə qurcalanır, yolçu yenə bir münasibət anlamır. Axır naləc qalır ... 2 dəfə, 3 dəfə “sayıqlamağa” başlayır.
Axırda qadın yerindən hikkəylə qalxır, elə yerinin içindən  yolçuya tərəf qışqırır: Kül sənin kişi təpənə!  Elə bayaqdan deyirsən, deyirsən, amma  bir pərdəni də qaldıra bilmirsən! Külbaş,  kişiliyin çatır elə dayna!


İran haqqında bu qədər.


 Əntiqə Rəşid   
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK