adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Oktyabr 2021 13:03
2890
KRİMİNAL
A- A+

 4 min manata qəbirdən cadu çıxaran falçı tutuldu: FOTO

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər rayon sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsəyən Bakı şəhər sakini Gülarə Abıyeva saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, G.Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib və ondan həmin cadunun tapılmasına görə 2 000 manat pul alıb.

G.Abıyeva bir neçə ay sonra yenidən rayona gələrək həmin vətəndaşla görüşüb, eyni ritualı təkrar edərək vətəndaşın əlavə olaraq daha 2 000 manatını dələduzluq yolu ilə mənimsəyib.

 

Bir müddət sonra 3-cü dəfə rayona gələn G. Abıyeva məqsədinə çatmadan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.