adalet.az header logo
  • Bakı 12°C
18 Oktyabr 2021 16:59
1181
HÜQUQ
A- A+

Arvadını öldürən sabiq hakimin məhkəməsi ilə bağlı yeni xəbər var

Bakıda arvadını öldürən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

APA-nın xəbərinə görə, sabiq hakimin vəkilləri şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim ediblər.

Qeyd edək ki, Fəqan Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bu il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.