Kəlbəcərdə yol çəkilişi zamanı qəza olub: Bir nəfər ölüb
Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
18 Mart 2024 17:49
Bərdədə azyaşlını it dişləyib
18 Mart 2024 13:12Martın 20-də geomaqnit qasırğası gözlənilir
18 Mart 2024 11:39Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşdi
18 Mart 2024 10:156-cı sinif şagirdi dünyasını dəyişdi
18 Mart 2024 09:52