adalet.az header logo
  • Bakı 6°C
19 Oktyabr 2021 14:38
592
MƏMLƏKƏT
A- A+

Gədəbəy və Şamaxıya dolu yağıb - Faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 19-u saat 14:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Adalet.az-a verilən məlumata görə, düşən yağışın miqdarı Şamaxıda 17.0 mm, Qobustanda 13.0 mm, Daşkəsəndə 8.0 mm, Ağdərədə (Ordubad) 7.0 mm, İsmayıllıda 6.0 mm, Ağsuda 5.0 mm, Kişçay (Şəki), Oğuz, Gədəbəydə 5.0 mm, Beyləqan, İmişlidə 4.0 mm, Cəfərxan, Sabirabadda 3.0 mm, Hacıqabul, Ağdam, Ordubad, Şahbuzda 2.0 mm, Naxçıvan, Şərur, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Altıağac, Qusar, Qəbələ, Tərtər, Bərdə, Yevlax, Göyçay, Salyan, Bİləsuvar, Yardımlı, Göytəpə, Sarıbaşda (Qax) 1.0 m-dək olub.

Oktyabrın 18-də isə saat 14:35-14:40 radələrində Gədəbəy rayonu ərazisinə, saat 22:35-23:55 radələrində isə Şamaxı rayonuna xırda dənəli dolu yağıb.