adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2021 18:44
795
DÜNYA
A- A+

Rusiya Telman İsmayılovun ekstradisiyası üçün materialları Monteneqroya təqdim edib

Rusiyanın Monteneqrodakı səfirliyi iş adamı Telman İsmayılovun təhvil verilməsi üçün lazımi materialları bu ölkənin müvafiq strukturlarına təqdim edib.

Bu barədə diplomatik nümayəndəlikdən xəbər verilib.

Qeyd edək ki, bir qədər əvvəl Monteneqronun Ədliyyə Nazirliyi İsmayılovun ekstradisiyasına dair Rusiya tərəfindən heç bir sorğu almadığını bildirmişdi.

Xatırladaq ki, Rusiya Baş Prokurorluğu iş adamının cinayət məsuliyyətinə cəlb ediləcəyini bəyan edib.

 “RİA Novosti”