adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Oktyabr 2021 16:52
1950
ŞOU-BİZNES
A- A+

Ozcan Dənizin məhkəməsi təxirə salındı

2018-ci ildə evlənib 2019-cu ildə qalmaqallı şəkildə boşanan türkiyəli müğənni Özcan Dənizlə eks-xanımı Feyza Aktan oğulları Kuzeyin qəyyumluq məsələsi ilə bağlı bu gün bir daha qarşı-qarşıya gəlib.

Bu barədə “Adalet.az” “Hürriyet”ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə çəkişməsi növbəti tarixə ertələnib.

Məhkəmə dinləməsinin ardından Özcan Deniz sosial media hesabında maraqlı paylaşım edib.

“Sən övladsan... Hüquqları olan bir şəxsiyyətsən. Heç kim üçün şöhrət, sınaq, məqsəd və ən əsası “kredit kartı” deyilsən. Sənin kiçik bədəninin arxasına sığınıb bunları edən hər kəs, kimliyi nə olursa olsun, axıtdıqları hər damla göz yaşımızın hesabını məhkəmə qarşısında verəcəklər, canım oğlum. Ayaq basdığın torpağa, aldığın hər nəfəsə qurban olacaq güclü bir atan var sənin”, - deyə müğənni instaqramda yazıb.

Qeyd edək ki, ötən günlərdə oğlu Kuzeyi görmək üçün Feyza Aktanın evinə gedən Özcan Dəniz keçmiş xanımı tərəfindən hücuma məruz qalıb. Həmin kadrlar saniyəbəsaniyə kameralara düşüb.