adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
26 Oktyabr 2021 09:38
1014
HADİSƏ
A- A+

Bakıda “Gelandewagen” polis maşını ilə toqquşdu: Xəsarət alan var - YENİLƏNİB + VİDEO

Bakıda Post Patrul Xidməti avtomobilinin qəzaya düşməsi barədə rəsmi açıqlama verilib. 

Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib:

“Hadisə Ağ Şəhər ərazisində baş verib. Hadisə zamanı polis əməkdaşı xəsarət alıb. Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır”.

***

09:11

Bakıda Post Patrul Xidmətinin avtomobili qəzaya uğrayıb.

Adalet.az xəbər verir ki, hadisə Bakı Ağ Şəhər ətrafında baş verib. Qəza zamanı bir neçə avtomobilə ziyan dəydiyi bildirilir.

Hadisədən sonra PPX avtomobili evakuatorla ərazidən uzaqlaşdırılıb.