adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Bütün analar məğlubdu - Emin Piri yazır

Emin Piri
1838 | 2021-10-27 11:11

MÜHARİBƏ GÜNDƏLİYİ

İstər təbii fəlakətlər, istərsə insan əməliylə törədilən cinayətlər, faciələr; aralarında ən dəhşətlisi müharibədir. Zəlzələ, vulkan püskürmələri və.s insandan aslı olmayan səbəblərdir. Amma ən dəhşətli faciənin-müharibənin elə insan əliylə törədilməsi insanın, insanlığın nə qədər qəddar bir varlıq olmasının nümunəsidir. Bir insan niyə müharibə arzulasın?Bir şəxs niyə vəhşiliyin tərənnümü ilə məşğul olsun?

Siz heç müharibədə sevgilisini itirmiş bir qızın gözlərindəki dəhşəti görmüsünüz? Və ya övladı həlak olmuş bir ananın gözlərində sonucu ümidin də ölməsini…. O sonuncu ölən ümid elə bəşəriyyətin ölümüdür.

Müharibə son variant, son gedişdir. Bütün mübahisələr və.s-də. Təəssüf ki, bəzən son gedişə insanları möhtac buraxırlar. Elə bizim kimi… Ermənistan və dostlarının bizi məcburiyyət qarşısında müharibəyə başlamağa möhtac qoyduğu kimi…

Müharibənin sadə bir detalla az qala vəhşiləşmiş( bunu deyərkən küçümsəmək anlamında deyil, müharibə dəhşətlrinin insan hislərini korlaşmasını nəzərdə tuturam)əsgərlərin bir yanaşmasını qeyd edərdim.

Müharibə dövründə cəmi iki dəfə ağlamışam. Birinci 27 sentyabrda ilk qələbə xəbərləri gələndə sevincimdən.
İkincidə isə 22 oktyabrda. Cəbhəyə gedəndən çimməmişdik, 22-ində geriyə, Cəbrayıl rayonunun Daşkəsən kəndinə göndərildik ki, çimək.

Orda hərəmizə plastik torbada bir paket verdilər. İçində siqaret, çörək arası kotlet, corab və.s. Dedilər ki, bir şəhid anası oğlunun pulunu cəbhədəkilərçün qurbanlıq deyib...Əsgərlər ağlaya-ağlaya yeyirdi...

Müharibələrdə ya qalib, ya məğlub olarsan, amma dünyanın bütün anaları müharibədə məğlubdu...Deməsələr də, bildirməsələr də, içində ağlasalar da, övladı sağ qayıtsa da...

Bütün analar məğlub olur, sadəcə məğlub!

TƏQVİM / ARXİV