adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Noyabr 2021 13:07
2341
SİYASƏT
A- A+

Rusiya SM-ı “xeyirxahlıq”larına davam edir: 50 erməni Amarası təhlükəsiz ziyarət etdi


Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağda yaşayan bir qrup erməni zəvvar Amaras monastırını ziyarət edib.

Adalet.az SputnikArmenia saytına istinadən xəbər verir ki, ziyarət gerçəkləşib. 
Sayt yazır: Rusiya sülhməramlıları Qarabağdakı Amaras monastırına gedən zəvvarların təhlükəsizliyini təmin edərək Stepanakertdən 50-dən çox zəvvarı Erməni Apostol Kilsəsinin monastırına bazar günü ibadətlərinə aparıb.
Rusiya Müdafiə Nazirliyinin mətbuat mərkəzinin bu günki  məlumatına görə, Rusiya sülhməramlı kontingentinin əsgərləri müasir BTR-82A zirehli transportyorlarının müşayiəti ilə Dağlıq Qarabağda demarkasiya xəttinin yaxınlığında yerləşən Amaras monastır kompleksinə zəvvarların təhlükəsiz səfərini təmin ediblər.
 Amaras monastırı Dağlıq Qarabağda demarkasiya xəttinə çox yaxındı və  Rusiya sülhməramlı kontingentinin hərbçiləri mütəmadi olaraq zəvvarların ziyarətlərini təhlükəsiz başa çatmasını təhlükəsizliyini təmin edərlər.

Qeyd edək ki, Amaras monastırı — Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırıdır. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir. Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olmuşdur. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir.


 Əntiqə Rəşid