adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Noyabr 2021 14:33
1936
GÜNDƏM
A- A+

Bu saatlarda Zəngəzur dəhlizinin taleyi həll olunur - Azərbaycan və Ermənistan arasında gərgin danışıqlar 

Ermənistan parlamentinin Mülki Müqavilə Partiyasından olan deputatı Artur Ovannisyan Ermənistan çox gərgin proseslə üz-üzədir və hər bir potensial müzakirə vacibdir”açıqlamasından sonra regionda bütün diqqətlər Ermənistana yönəlib. Ovanenisyanın dediyi kimi bütün danışıqlar gizli şəkildə aparılır.

Adalet.az  xəbər verir ki, aradan bir-neçə saat sonra növbəti məlumat Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryandan gəldi. O,  bugünkü brifinqdə bildirib ki, demarkasiya prosesinə hazırlıq sıfır nöqtəsindən başlayacaq.
Onun sözlərinə görə, Ermənistan prosesin başlanmasına razılıq verib. Köçəryan da Moskvadan daxil olan təklifin detallarını  açıqlamayıb.
Hakim Mülki Müqavilə fraksiyasının deputatı Eduard Ağacanyan isə bildirib ki, Ermənistan prosesi müvafiq komissiya formasında və birbaşa (vasitəçisiz) başlamağa hazırdır:
“Amma yalnız müəyyən texniki məsələlərdə müqavilə imzalandıqdan sonra. Ermənistan artıq Rusiyanın təklifini qəbul etməsi barədə cavabını yazılı şəkildə Moskvaya göndərib. Söhbət hazırlıq işinin başlamasından gedir”.


 P,S. Hərbi ekspert Ədalət Verdiyevin öz Feysbuk səhifəsində yazdığı statusdan sonra ermənilərin verdiyi mühüm məlumata inandım. Hərbi ekspertimiz yazıb: “Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır! Gözümüz aydın! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Silahlı Qüvvələrimizə!”


 Doğma yurdlarımıza yenidən qovuşmaq ümidilə 


Əntiqə Rəşid