adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Noyabr 2021 14:40
1556
İDMAN
A- A+

MƏN DEYƏNDƏ Kİ, DE BYAZİ GETMƏYƏCƏK, İNANMIRDINIZ

Noyabrın 30-da De Byazinin AFFA ilə müqaviləsinin vaxtı başa çatır. Amma De Byazinin dalbadal mətbuata verdiyi açıqlamalardan belə görünür ki, getmək fikri yoxdur və deyir bu məsələyə İcraiyyə Komitəsində baxılacaq, əlavə iki il də vaxt istəyir ki, komandanı düzəldəcək.

İl yarım milli komandanın başına az qala corab hörüb,34 futbolçunu eksperiment kimi milli komandaya dəvət edib. Bəli, eksperiment aparıb. Yəni bu il yarımda vahid bir komanda formalaşdıra bilməyib.

Adamın üstə Allah var, uşaqlar qonşudan da borc alıb üstünə qoyub oynayırlar, özlərini öldürürlər. Amma məşqçinin oyunu qura bilməməsi hesabına uduzurlar.

Və bir də De Byazi bir açıqlamasında bir neçə futbolçunun adını çəkir ki, özü də adları çəkilənlər də hamımızın sevdiyi futbolçulardı, onlar De Byazinin getməsini istəmir.

Əvvəla, bu adları çəkmək düz deyil. İkincisi də ki ola bilər 3-4 futbolçu sənin qalmağını istəyir, amma Azərbaycanın futbol cameəsi, yüz minlər, milyonlar çox istəyir ki, çıxıb gedəsən.

İndi özün bax!