adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 Noyabr 2021 09:59
428
DÜNYA
A- A+

BƏƏ Türkiyə iqtisadiyyatına 10 milyard dollar investisiya yatırır

Birləşmiş Ərəb Əmirlikləri Türkiyə iqtisadiyyatına sərmayə qoymaq üçün 10 milyard dollar ayırıb.

Adalet.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ankarada keçirilən mətbuat konfransında BƏƏ Dövlət İnvestisiya Fondu - Abu Dhabi Development Holdinqinin idarə heyətinin sədri Məhəmməd Həsən əl-Suveydi bildirib.

Bundan əvvəl Türkiyə Respublikası Mərkəzi Bankı ilə Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

İmzalanma mərasimi Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın Ankaraya səfəri çərçivəsində baş tutub.