adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Noyabr 2021 19:11
1269
DÜNYA
A- A+

Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

Türkiyə ilə Türkmənistan arasında media, kənd təsərrüfatı, bank sistemi, səhiyyə, energetika sahələri üzrə müqavilələr imzalanıb.

Adalet.az haberler.com-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 5 milyard dollara yüksəltmək barədə razılığa gəldiklərini söyləyib.