adalet.az header logo
  • Bakı 3°C
  • USD 1.7
01 Dekabr 2021 16:13
377
SİYASƏT
A- A+

Moskvada üçtərəfli komissiyanın iclası keçiriləcək

“Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın iclası keçiriləcək”.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Radiosuna baş nazirin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

Baş nazir müavinlərinin görüşü barədə razılıq noyabrın 26-da Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə əldə olunub.

Görüşdə regionda dəmir yolu və avtomobil kommunikasiyalarının açılması, həmçinin, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi müzakirə olunacaq.