adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Dekabr 2021 11:03
1023
HADİSƏ
A- A+

Saatlıda 16 yaşlı qız dəm qazından boğularaq öldü

Saatlıda 16 yaşlı qız hamamda dəm qazından boğularaq ölüb.

Adalet.az xəbər verir ki, hadisə dekabrın 1-də baş verib. 

Rayon sakini, 2005-ci il təvəllüdlü Aytac İsmayılova yaşadığı evdə çimərkən suqızdırıcının dəm qazından zəhərlənərək həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)