adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
03 Dekabr 2021 13:22
297
MƏMLƏKƏT
A- A+

Amnistiya aktı 65 qadına şamil edilib

Zəfər günü ilə bağlı elan olunmuş Amnistiya aktı Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən 65 qadına şamil edilib.

Adalet.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, həmin qadınlardan 40 nəfərin cəzası 6 ay azaldılıb, 24 qadın isə azadlığa buraxılıb: "Amnistiya aktı tətbiq edilən 1 qadın isə narkomaniyadan müalicəyə cəlb edilib",- A.Sabitova deyib.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

İndiyə qədər akt 1787 şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.