adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Dekabr 2014 16:14
65315
RUBRİKA
A- A+

Yeni il "Ədalət"lə

Yeni il – yaxud ən bədbin insanda belə ümid qığılcımı yarada bilən köhnə ilin son günü... Bütöv ili təyin edəcək, həmişəkindən fərqli olaraq günü yox, ili dəyişən sonuncu saat... Əqrəbin son tərpənişi ilə başlayır yeni arzulara, uğurlara, xəyallara və nəhayət gerçəkliklərə gedən yol... Yaşanacaqlar taledir, amma o taledə insan olaraq payımıza düşəni etmək, əzm nümayiş etdirmək boynumuzun borcudur. Buna görə də cəhdimiz, əzmimiz yaxşılıq üzərində qurulsun ki, gələcək günlər ondan özünə pay biçsin. Belə bir deyim var: ili necə qarşılasan, o il elə də keçəcək. Yeni il gününün, gecəsinin geyiminizdən tutmuş əhval-ruhiyyənizə qədər müsbət kökləməkdə Adalet.az olaraq yardımçı ola bilsək, nə xoş halımıza. Elə isə başlayaq! Amma əvvəlcə üzümüzə gələn il haqqında danışaq:

Yola salacağımız Mavi taxta at öz yerini həmrənglisi – mavi taxta keçiyə təhvil verəcək. İlin rəngi sizi çaşdırmasın: mavi rəng ən sakit, təskinləşdirici, rahatladıcı, mülayum rənglərdəndir. Əslində rəng baxımından illər arasında elə bir dəyişiklik olmayacağı üçün köklü surətdə dəyişiklik gözləməyə dəyməz.  

Şərq təqvimində keçi bərəkətli, yığıcı, qənaətcil hesab olunur. Amma il, düşündüyümüz kimi yanvarın 1-də deyil, fevralın 19-dan təhvil veriləcək. Keçi taxtadan olduğu üçün ağac bu ilin simvoludur. Ağac isə susuz mövcud ola bilməz, buna görə də rəng mavi (yaponlara görə yaşıl), yəni su rəngi hesab olunur. Bu da öz növbəsində təmkinlilik, yumşaqlıq, amma qeyri-sabitlik əxz edəcək.    

Astroloji proqnozlara inam birmənalı olmasa da, şərq dünyasında onun xüsusi çəkisi var. Şərqlilər münəccim rəyi olmadan nə yeni ilə, yeni ailəyə, işə, səfərə ürək etməyiblər. İl təqviminə də şərq analizi ilə yanaşsaq, o zaman onların bu barədə proqnozlarına da barmaqarası baxmamalıyıq. Beləliklə, mavi keçi bizə nə vəd edir? Hər halda keçi atdan daha sakit heyvan olduğuna görə, ilin sakit keçəcəyi güman edilir. Amma keçinin tərsliyi, inadkarlığı haqqında  bunu demək olmaz. Bu, mənim gümanım deyil, elə şərqlilərin də fikirləri haçalanır. Buna baxmayaraq,  il haqqında fikirlər ürəkaçandır. Keçi qədim Çində güc, müdriklik, liderlik simvolu hesab edilirdi və talisman olaraq imperator sarayında istər heykəl və digər aksessuarlar qismində saxlanılırdı. Keçi, ona güvənənləri yalnız irəliyə aparır, bir şərtlə ki, ona etibar edib, rəhbərliyini qəbul edəsən.

Üzümüzə gələn ili həm də tədbirlilik, ehtiyatlılıq aşılayır. Keçi mübariz olsa da, əzmini gücünü hər xırdalığa sərf etməz.   

 

Görək bürclər yeni ildə nə vəd edir!




Qoç bürcü 

2015-ci ilin ən şanslı bürclərindən biridir. Böyük əziyyət çəkmək lazım gəlməyəcək. Uğur onların tərəfində olacaq və buna görə də, bu bürc altında doğulanlar sadəcə bütün imkanlardan istifadə etməli və həyata "hə” söyləməlidirlər.

Buğa bürcü 

Yeni ildə Buğa bürcü altında doğulanları daha əhəmiyyətli görüşlər gözləyir. Bu bürc altında doğulanlar özlərini başqalarından fərqləndirə biləcəklər.  Bir çox adamlar üçün əhəmiyyətli hadisələr baş verəcək. Buğa bürcü altında doğulan qadın 2015-ci ildə özünü daha çox xoşbəxt hiss edəcək. Bu bürcün kişiləri də ön planda dayanmağa çalışacaqlar.

Əkizlər bürcü 

Bu il əkizlər bürc altında doğulanlar maddi çətinliklərlə qarşılaşacaqlar. Bu sizi qətiyyən ruhdan salmamalıdır. İlin ilk aylarında çətinliklərin çoxunu dəf etmək mümkün olacaq. İlin əvvəli sıxıcı olsa da, sonrakı aylar daha yaxşı keçəcək. Bu il bir az daha çox fədakar olmalısınız. Kənar müdaxilələrdən özünüzü və ailənizi qoruyun. 

Xərçəng bürcü 

Bu il xərçəng bürcü altında doğulanlar üçün şanslı olacaq. Evi olmayan kəslər bu il ev sahibi ola bilərlər. Qərarlarınızda qətiyyətli və əmin olmalısınız. Bir çox vacib qərarlar verilərkən  hisslərinizə deyil, məntiqinizə üstünlük verin.  

Şir bürcü 

Şir bürcü üçün 2015-ci ilin sonlarında xoş surprizlər olacaq. Xoşbəxtlik anları gec olsa da, əmin olun ki, gözləməyə dəyəcək. İlin əvvəlində isə çətinliklərlə qarşılayacaqlar. Yaxınlarınızın qəbul etdiyi qərarlar sizin üçün xoş olmaya bilər. Bu qərarlar sizi nə qədər üzsə də, qətiyyən ruhdan düşməyin. İstənilən problemlərin həll olunmasında sakit bir şəkildə hərəkət etməlisiniz.

Qız bürcü 

2015-ci ildə xüsusi dəyişiklik gözlənilmir. İşlərinizdə bəzi problemlər yaransa da, daha sonra xeyrinizə həll olacaq. Bu da sizi daha da püxtələşdirəcək. Pul mövzusunda heç bir çətinlik yaşamayacaqsınız. Payızda sizə vəzifə təklif oluna bilər. Eyni zamanda bir neçə iş görəcəksiniz. Sevgi ilə bağlı isə bir az sıxıntılarınız olacaq, amma bu gərginliyi yaradan özünüz olacaqsınız. Əsəblərinizə hakim olsanız, səadət sizdən yana olacaq. 

Tərəzi bürcü 

2015-ci ildə eşq həyatında bir çox yeni şəxslərlə tanış olacaqsınız. Bu il böyük sürprizlər olacaq. Verəcəyiniz qərarları ən yaxın və ən sevdiyiniz dostlarınızla paylaşsanız daha yaxşı olar. Həyatınızında dönüş yarada bilicək insanlarla tanış olacaqsınız. Yeni tanışlıqları düzgün dəyərləndirməyiniz tövsiyə olunur. 

Əqrəb bürcü 

Yeni ildə bir çox fərqliliklər olacaq. İş həyatı hər zaman olduğu kimi keşməkeşli olacaq. Əqrəblərin sevgi həyatı 2015-ci ildə durğun keçəcək. Bu bürc altında doğulanlar tərəddüd içində olacaqlar. Ailə məsələlərində cütlər arasında yenə problemlər yaranacaq. Amma səbr və əzmkarlıqla ilin sərt üzünü yumşalda biləcəksiniz. 

Oxatan bürcü 

Oxatanların həyatında isə bir çox dəyişikliklər olacaq. Sərt davranış və romantiklikdən uzaq olan oxatanlar 2015-ci ildə yeni eşq macaraları yaşayacaqlar. Bu da onların həyatına rəng qata bilər. Ətrafınızda olanlar sizləri qınayacaqlar. Onların söylədikləri sizin davranışınızı dəyişdirməsin. Çalışın insanlara güvənin.

Oğlaq bürcü 

2015-ci il bu bürclər üçün narahat keçəcək. Çətinlikləri dəf etmək üçün problemlərə aniden reaksiya verməyin. Problemləri ağıllı şəkildə həll etmək lazımdır. Bu da sizin problemlədən üzüağ çıxmağınıza şərait yaradacaq. Bir çox fərqli səbəblərdən həyatlarına yeniliklər qatmaq məcburiyyətində qalacaqlar. Maddi baxımdan problemlər yaşanmaması üçün qənaətli olmağınız tövsiyə edilir.  

Dolça bürcü 

Yeni ildə bir çox iş təklifləri alacaqsınız. Bu təkliflərə dərhal cavab vermək yerinə, düşünərək hərəkət etmək lazımdır. Bu sizin müvəffəqiyyət qazanmanıza kömək edər.Uğurlarınızın davam etməsini istəyirsinizsə, 2015-ci ildə sevgi məsələlərinə az yer verin. 

Balıq bürcü 

2015-ci il bir xeyli durğun keçəcək. Bu durğunluğu məhəbbət münasibətləri qurmaqla dəf edə bilərsiniz. İş adamları üçün çox dəyişiklik olmayacaq. Maddi baxımdan isə vəziyyət pis olmayacaq. Uğur qazanmaq istəyənlər ciddi qərarlar verməsə yaxşıdır.

Ardı var...