adalet.az header logo
  • Bakı 19°C
29 Yanvar 2015 13:01
65129
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur...

Həyat eşqi ilə dopdolu bir insan...ölüm qədər maraqlı heç nə yoxdur deyən şair... həyatı və eşqi müvəqqəti, ölümü əbədi, ölümsüz hesab edən böyük mütəfəkkir. Ölümü ilə əbədiyyətin özünə həyat verdi Vaqif Səmədoğlu...


Allah rəhmət eləsin sənə, Şair. 

"Facebook gündəliyi"nin bu günkü rubrikasını yaradıcılığında ən çox ölümdən bəhs edən Xalq şairinə həsr edirik...


İradə Tuncay : "Atasi haqqında deyilən hər sözə səbrlə susdu.... Arxayın idi... Bilirdiki ,atılıb düşənlərin nə deməyindən asılı olmayaraq Səməd Vurğunu xalqın urəyindən çixarmaq olmayacaq....

                                                                  ***


Fazil Mustafa : "BAŞSAĞLIĞI
Vaqif Səmədoğlu dəyərli bir şairdi. Fərqli bir yol izlədi şer məkanında. Hər zaman özünəməxsusluğunu qorudu. Ölüm xəbərini sakit qarşıladım. Ölümündən sonra yaddaşlarda xatırlanması üçün bir ömür yolu qoyub gedib. Onsuz da dünya fanidir. Bu faniliyə qoyduğun izlə, buraxdığın dəyərlərlə meydan oxuya bilirsən. Vaqif Səmədoğlunun bu izi, bu dəyəri yaddaşımızda qalacaq. Allah ruhunu şad etsin!”


                                                                  ***



Cəlil Cavanşir : "Üç il əvvəlin söhbətidir. Vaqif Səmədoğludan bir məsələ ilə bağlı fikir öyrənməliydim. Həmişə etdiyim kimi salam-kalamsız sualı göndərdim ustada. Cavab özünü ləngitmədi:
-Heç hənanın yeridir? Gözəl bir qızla danışdığım yerdə...
-Guya birinci dəfədi qəşəng qızlarla danışırsınız? Hər zaman gözəllərin əhatəsindəsiniz də...
-Cəlilcan, sənə cavab yazacağam. Onsuz da sonra yazıçıların əhatəsində olacağam da. Ya 1-ci, ya 2-ci Fəxri Xiyabanda. İndi qızlar yaxşıdır, əziz dost...”


                                                                     ***




Səlim Babullaoğlu : "Vaqif Səmədoğluna
Otel,yalnızlıq,kədər,
karniz,tül,sarı pərdə.
Çölün fateh İskəndər,
için Nüşabə,Bərdə.
Təqvim,saat və asqı
bəzəyir boz divarı.
Ya əsnə,ya da asqır,
çapsın səbrin suvarı.
"Tело-дело гиблое "-
düşün yerində qurcux.
Dayan üzü qibləyə,
dinsin içindəki ruh”


                                                                        ***



Qorxmaz İbrahimli : "Azərbaycan xalqı daha bir bütöv şəxsiyyət olan vətəndaşını itirdi. 
Vaqif Səmədoğlu millətini tərk edərək Haqqa qovuşdu. Gözlənirdi... Ancaq heç itirəsi gəlmirdi. Vaqif bəy verə biləcəyini,- daha doğrusu ondan alma kapasitəsində olduqlarımızı bizə verdi. Apardığı da çox oldu. Birincisi qavramadıqlarımız idi ki, qavrayan dərdindən apardı. 
İkincisi, insan sevgisini. Üçüncüsü, BÖYÜK VAQİF SƏMƏDOĞLUNU apardı ki, çox ehtiyacımız vardı bu sakit təbiətli, nurlu insana. 
Haqqında deyəsi sözlərim çoxdur... Tanıdığım şəxsiyyətinə ve kimliyinə hörmət edən nadir insanlardan olan bu kişi haqda danışmaqla bitmez. Vətənpərvərliyinin bənzəri yoxdu...
Böyük aydınlarımızdan idi............................
Allah rəhmət eləsin. 
Məkanı, yeri Cənnət olsun. Amin


                                                                        ***


Nicat Dağlar : "Görəsən özü getdi, ya kimisə göndərdilər?..




                                                                         ***


Təranə Xudabaxşıyeva:"Allah, özüm gəlim, yoxsa kimisə göndərirsən? – deyirdi şeirində. Getdi. Vaqif Səmədoğlu da əbədiyyətə qovuşdu”.


                                                                         ***


Aydın Xan Əbilov:"Bir Vaqif vardı şeirimizdə, qəlbimizdə


                                                                         ***


Anar Bayramoğlu:"Saxladılar yer kürəsini. Və.... Və Vaqif Səmədoğlu yer kürəsini tərk etdi... Əlvida şair. Əlvida maraqlı insan. Əlvida ədəbiyyat fədaisi"



                                                                            ***


Aynur Camalqızı: "Vaqif müəllim daha ağrısız yatır"

İlahi,

Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.

İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...



Sübhan Mahmudlu