SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  50574   |  
Şriftin ölçüsü  

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.


15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.


Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status

                                                                    ***



Müşfiq Əmirov: "Hər bir əmanətini etibar etdiyin və sirrini söylədiyin insana SİRDAŞ deyilir...(K.V)

                                                                    ***



Vüsalə Mahirqızı: "Donetsk və Luqansk də getdi Qarabağın yanına...”

                                                                   ***


Aynur Camal: "Az qalıram qışqıram ki, maşına əyləşən kimi kəmərləri bağlayın, insanlar, ölümü satın almayın. Yaşamaq lazımdı...”


                                                                     ***


Sahib Məmmədov: "Bir dəfə bir beynəlxalq konfransda idik. Bizim nümayəndələrdən biri 1 saata yaxın mikrofon üçün növbəyə durub, təxminən 30-40 saniyə davam edən çıxış etdi. Bizim KİV də yalan olmasın 1 ay belə başlıq getdi "...Filan Konfransda məruzə etdi". Belə primitiv pryomlar indi də keçərlidir”


                                                                        ***


Esmira Qasımova: "Hər kəs adi həyatını yaşamaqdadır. Amma iki bala bir də nəvazişini, üzünü görməyəcəkləri, səsini duymayacaqları analarının həsrətində alışıb-yanır. İtirmək təhlükəsiylə üzləşdikləri ataları üçün isə dua etməkdədirlər. Həyat o qədər qəddardır ki. Bəzən yaşamaq belə adama ağır gəlir bütün bunları düşünəndə. Hardasa bir ailə yaşadığı faciənin yükünü daşımaqda. Bizsə, adicə qripə yoluxub bunu az qala ölub-dirim savaşına bənzədirik”

                                                                        

                                                                         ***


Nəsimi Nəbizadə: "Əəə, vallah, Qarabağ ŞİKƏST-əsi ilə torpaq almaq mümkün döyül...”


                                                                         ***


Şərif Ağayar: "Azərbaycanda həqiqəti demək və ya göstərmək azdır, gərək adamların boynuna qoyasan...”

                                                                           

                                                                         ***


Səbuhi Məmmədli: "Rusiya jurnalistikasına, rus reportyorlarina bir kimsə çatmaz. Əclafcasına peşəkardılar”

                                                                     

                                                                         ***


Mahir Məmmədli: "Noutbukum səxavətli olub son vaxtlar. Hər hərfdən iki dənə yazır. Maaş deyil ki, bir dəfə alanda iki nüsxə verələr”


                                                                            ***


Təranə Fazilqızı: "Unudulmaq işgəncə, lazım olduğunu bilmək isə ən böyük xöşbəxtlikdir...”



Sübhan Mahmudlu


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK