adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Fevral 2015 13:12
51657
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status


                                                                             ***


Azər Kərimov: "Yadda saxlayın: həyatda ən dəyərli şey bankdır. Hətta borcun olanda belə sənə "Dəyərli müştəri" sözü illə müraciət edir”


                                                                           ***


Vüsalə İbrahimova: "Hərdən bəzi statusları oxuyanda düşünürəm ki, bəziləri "Facebook" üçün yaşayırlar. Elə bil gözdə-qulaqdadılar ki, kimsə səhv etsin bunlar da o haqda yazsınlar. Sözün əsl mənasında kimdənsə istifadə edib özlərini ağıllı göstərməyə çalışırlar. Elə bil hər saniyə dünyaya bəyan etmək istəyirlər ki, "vallah məndən yoxdu". Amma unutmaq lazım deyil ki, "sən" qarşındakının səni başa düşdüyü qədər ağıllısan. Sözüm Facebook "cəngavərlər"nədir: siz Allah əttökən fikirlərinizi özünüzə saxlayın. Subyektiv fikirə sahib ola bilər hər kəs. Hər kəsin də status hüququ ola bilər. Amma o halda ki, kənardan gülüş doğurmasın”


                                                                          ***


Aytən İmanova: "Deyir ki, qadınlar hər yaşda uşaqdılar, amma oyuncağına çevrilən kişiləri heç vaxt sevməzlər”


                                                                                   ***


Mirvari Nəzərova: "Nə qədər böyüsəniz də, yanında həmişə uşaq kimi davrana bildiyiniz insanların dəyərini bilin”


                                                                            ***


Şərif Ağayar: "Deyəsən, həqiqəti Lamiyə özü də bilmir...”


                                                                                 ***


Aziz Əlibəyli: "Bütün günü gözlədiyiniz elə gözlərinizin həsrəti ilə başa çatacaqsa, yumun o gözləri, daha heyf etməyin...”


                                                                                   ***


Günel Məmmədova: "Allah qarşısında əyilməyən heç vaxt ucala bilməz!”


                                                                                  ***


Aqil Lətifov: "Bir şeyi başa düşmürəm ki, bütün sahələrdə təqaüdə göndərilən insanların bir çoxu marşrut avtobuslarını niyə idarə edirlər? Hətta elələri var ki, oturmağa belə taqəti yoxdur, amma avtobus sürür. Axı onlar öz sahələrində ehtiyac duyulmadığı və ya etibar edilmədiyi üçün təqaüdə göndərilirlər, bəs niyə yüzlərlə insanın həyatı onlara əmanət edilir? Nəticə göz qabağındadır... Məgər bu sahədə yaş məhdudiyyəti yoxdur?..


                                                                              ***


Anar Turan: "Avropada bir vaxtlar yerin fırlanmadığını deyən kilsə xadimləri fırlandığını iddia edən elm xadimlərini inkvizisiya tonqallarında yandırırdılar. Həmin vaxtlar bir müsəlman ölkəsində də bunu təsdiqləyən alimə qarşı repressiyaya rast gəlinməyib. Hətta böyük türk-İslam alimi Əl-Biruni "Nihâyâtü'l-Emâkin" əsərində ilk dəfə olaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu Kopernikdən 500 il əvvəl söyləmişdir. Həmin vaxtlar inkivizisiyaya gülən dünyamızı indi özünü İslam alimi adlandıran bəziləri görün nə günlərə qoyublar. Eh, hardan haraya endik! 

P. S. Bu arada qeyd edim ki, Səudiyyə Ərəbistanlı imam Şeyx Bendər Əl Hayberi dünyanın fırlanmadığını deyib. Onun bu fikri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb”

                                                                     

                                                                       ***


Ramilə Qurbanlı: "Bəxt üzüyü" filmində hayqıran o qəhrəman kimi ağzımı göyə tutub hayqırmaq istəyirəm - SOS ölkə vəhşiləşib gedir. Bu kriminal xəbərlərin ağzını mətbuata çevirənlərin Allah bəlasını versin. Humanizm aşılayan fikirlər yazmaq lazımdır, sevgidən yazmaq, yalnız sevgidən”



Sübhan Mahmudlu