SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  51180   |  
Şriftin ölçüsü  

Facebook - dünyanın ən populyar qəzeti, saytı.


1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status


                                                                              ***

Elçin Mirzəbəyli: "Manatın dəyəri ABŞ dollarına və Avroya nusbətdə nəzərə çarpacaq dərəcədə ucuzlaşdı. 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 qəpik, 1 Avro isə təxminən 1.20 qəpik oldu... Olsun, yəni... İqtisadçı olmasam da bu sahənin mütəxəssislərindən aldığım bilgini əsas götürərək, manatın məzənnəsinin milyardlarla vəsait xərclənərək qorunub saxlanmasının doğru olmadığını başa düşürdüm. Amma mən manatın məzənnəsinin sərbəst buraxılması ilə bağlı seçilən üslubu başa düşə bilmirəm. Sual olunur, əgər manatın məzənnəsində 34 %-lik bir dəyişiklik baş verəcəkdisə o zaman Mərkəzi Bankın sədri nəyə əsaslanıb manatın ucuzlaşmayacağı barədə açıqlamalar verirdi? Məgər Elman Rüstəmov və onun mütəxəssisləri manatın məzənnəsi ilə bağlı 5 il yox, 1 il yox..., cəmi 1 həftəlik bir zaman kəsiyi üçün proqnoz verə bilmirdilər? Əgər verə bilmirdilərsə..., o zaman proqnozlarına etimad göstərdiyimiz iqtisadçı ekspertləri niyə yanlış məlumatlar əsasında rəy verməyə sövq edib urvatdan salırdılar? Allah göstərməsin, günün birində daha fundamental məsələlərlə bağlı əhalinin maarifləndirilməsinə ehtiyac duyulacaqsa, o zaman bu adamların sözlərinə kim inanacaq? İctimai rəylə işləyən insanların nüfuzunun qorunub saxlanılması çox önəmli bir faktordur! Çox!!!


                                                                          ***


Sənan Nəcəfov: "Mən əminəm ki, sadə insanların vəziyyətinin düzəldilməsi üçün ciddi addımlar atılacaq...



                                                                         ***

Nicat Dağlar: "Ətin, yağın talonla satıldığı dövrün adamları da belə deyir: "Bu nə yaşayışdı əəəəə"


                                                                           ***


Əziz Əlibəyli: "Bütün marketlərdə qiymətlər 35 % artırılıb.
Ağıllı addımdır. Maaşlara da 35 % artım ediləcəksə...”


                                                                           ***

Mehriban Zeynalova: "Nə, dollar nə manat nə qiymət artımından danışmaq isteyirəm... sadəcə ürəkdən gülmək istəyirəm qayğısız və şən bir gülüşlə”



                                                                          ***

Gülnarə İlham: "Heyif deyil həyətimizdəki balaca market... satıcısı cavan oğlandı, bütün günü oturub "Kurtlar vadisinə" baxır telefonda. dünyadan xəbəri yoxdur bəxtəvərin, ona görə də qiymətlər artmayıb. Gəlin bizim məhlədən bazarlıq edin”


                                                                        ***


Zeynəb Kazımova: "Saxla dolları, gələr dövranı. Günün Atalar sözü
P. S. Bu "Atalar sözü"ndən istifadə zamanı istinad vacibdir”


                                                                        ***



Kamil Həmidov : "Dollarla manat arasında bu cür "oynama-qalxıb-düşmə" 2005-ci ilin parlament seçkiləri zamanı da (İnsanovla Əliyevin həbsindən bir az sonra) baş vermişdi...O zaman cəmi 2 günün içində 100 dollar hardasa 80 manatdan ( 40 şirvandan) 40-50 manata enmişdi və dəhşətli ajiotay yaranmışdı...Amma bu uzun çəkmədi - 3-4 günə hər şey əvvəlki vəziyyətə qaytarıldı...İndi də qarşıdan-bir neçə ay qalsa da- parlament seçkiləri və bu dəfə isə əksinə proses baş verir, yəni, 100 dollar 100 manatı artıb vurub keçməkdədir...Görəsən, bu neçə gün çəkəcək?...Allah sonumuzu xeyrə calasın. Amin!



                                                                          ***

Aynur Şahkərimova: "Ya o gözə görünməz möcüzə edəcək, biz fotosintezlə dolanacağıq, ya da manatla bərabər bizim də cənazə namazımız qılınacaq...


                                                                           ***


Vüsal Məmmədov: "Deyirlər ki, ət bahalaşıb... Bu inək zəhrimar dollar yeyir bəyəm? Niyə dollar qalxan kimi ət bahalaşmalıdır axı?”


Sübhan Mahmudlu


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK