adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Mart 2015 14:28
49296
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

                                                                      ***


Ceyhun Musaoğlu: "Bundan sonrakı həyat yenidən yaşamaq üçündü


                                                                       ***


Kəramət Böyükçöl: " Bizim cəmiyyətdə ciddi şəkildə kişi hüquqsuzluğu hökm sürür, kişiləri qadınlardan qorumaq lazımdı”


                                                                       ***


Xalid Kazımlı: " Dostların arasında "Feysbuk səhifəmi bağlamışam" deyənlər artır. Deyəsən, bu işin də dadı qaçıb artıq...”

                                                                       ***



Təranə Xudabaxşıyeva: "Bir zamanlar küçədə yaşayan küçük varmış. Bütün məhlədəki insanlar həmin itə yemək verib böyüdüblər. Bir müddət keçir kücük böyüyüb it olur. Və məhəlləyə köçən yeni ailə həmin iti evlərinə aparıb saxlayırmış. Bu zaman it isti ocaq görür daha da yeyib böyüyür. Məhəlləyə ailəsi ilə gəzməyə cixarkən başlayır məhlədəki insanlara hürməyə və hətda bir neçə qonşunu dişləyir də. Bunu görən ailə həmin iti quduzlasacağından qorxub çölə atır. İt yenə də məhlədə qonşulara möhtac qaldığından quyruq bulayıb yaltaqlanmağa başlayır. Bu dəfə yarası hələ də sağamayan qonşu ov tufəngi ilə itə dişləm izlərinə görə təşəkkürünü bildirir. (c)

P.S BU İNDİKİ DÖVRDƏ İNSANLARA AİDDİR. HEÇ KİMİ TAPDALAMAYIN SABAH ONA MÖHTAC QALARSINIZ . VE O


                                                                            ***


Oral Mədənçi: " 6-ci sinifdə oxuyurduq, sinifimizdə Əfsanə adında qız var idi (yoxsul yasayirdilar, atası əlil idi). "8 Martda" müəlliməyə özünün parafindən hazırladığı hədiyyəni gətirmişdi. Müəllimə sinifdən çıxanda bütün hədiyyələri götürüb onun hədiyyəsini sinifdə qoyub getmişdi.

P.S Emin Səfərovun statusunu oxuyanda xatırladim. Qızın ağlamağını xatırladim. O gün bu qədər agir gəlməmişdi, nəin ki, bu gün...

                                                                             ***



Vüsal Məmmədov: "Məni tanıyanlar bilir ki, qətiyyən xəsis adam deyiləm. Amma bu bayram məsələsini bir çözmək lazımdır. Elə eləmək lazımdır ki, bayramlar insanlara maddi çətinlik yaratmasın, əziyyətə salmasın, düşdükləri xərclərə görə dilxor olmasınlar... Bayran sevinc, yüngüllük gətirməlidir, ağırlıq və problem yox”


                                                                            ***


Süleyman İsmayılbəyli: " Bəzilərində getdikcə insaniyyət itir, ətrafdakılara qarşı hörmətsizlik özünü daha qabarıq şəkildə göstərir. Bu gün səhər metroda gördüyüm mənzərə məndə belə qənaət yaratdı. Təsəvvür edin metroda sərnişin sıxlığının olduğu bir vaxtda birisi vaqona daxil olan kimi çantasından ayaqqabı mazı çıxardıb başladı ayaqqabısını mazlamağa. Daha nəzərə almadı ki, kiminsə mazın iyindən xoşu gəlməyə bilər. Təəssüf doğuran məqam həmin şəxsin xanım olması idi. Sonra da deyirlər cənnət anaların ayağı altındadır. Gələcəyin anası olacaq bu xanımın ayağının altında nəinki cənnət, heç cəhənnəmi də rəva bilməzdim. PS. Bu da 8 mart ərəfəsində həmin xanıma məndən bir hədiyyə”


                                                                           ***


Xanlar Xoca: "Bakı-Sumqayıt yolundakı kafelər yığışdırılandan sonra ordakı adamlar deyəsən bəzi telekanallara toplaşıblar. əxlaqsız geyimlərilə verdikləri mesajlardan hər şey aydın olur...”

                                                                           ***



Yasin Qarayev: " 8-Mart qadınlar bayramı gelir. Kişiler qadınları idare etmek ücün,bahalı hediyyeler alırlar.Amma mene bele gelir ki,en qiymetli hediyye onlara tabe olmaqdır”


                                                                             ***

Tunay Əliyeva: "Mən elə bilirdim ki, hər cür adam tanıyıram...Ən əsası da elə bilirdim, hər cür yalançı, ikiüzlü kişiləri taniyıram....Son vaxtlar analoqu olmayan adamlar tanıdım...Və başa düşdüm ki, "mən onu bilirəm ki, heç nə bilmirəm"


Sübhan Mahmudlu