adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Aprel 2015 15:37
49227
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

                                                

                                                                         ***

Fazil Mustafa: "Azərbaycanda "prestij nömrə" deyilən bir xəstəlik var. Telefonda, maşında "zerkalnı nömrə" istəyənlərin sayı hesabı yox. İmkanı çatan Marsda torpaq alırmış kimi bu nömrələrdən ələ keçirməyə çalışır. Hərdən mənə də irad tuturlar ki, sənin sözünü eşidirlər, niyə öz maşınına bərk gedən nömrə almırsan, açığı gülməyim gəlir. Əlbəttə, ancaq kommersiya marağı baxımından buna can atılsaydı, anlamaq olardı, yəni maşını satanda nömrə də üzərində bir neçə min artığa satılması perspektivi var. Ancaq əminəm ki, xeyli sayda insan üçün sadəcə bir nömrə xəstəliyi var. Niyə bu amili xatırladım, indi söyləyim. Hər dəfə binanın həyətində maşınımı park etmək üçün mənə ayrılmış yerə yaxınlaşanda qonşulardan birinin maşının orada park etdiyini görürəm. Gözətçi çıxıb adama xəbərdarlıq edir, adam da tələsik düşüb maşınını başqa bir yerdə saxlayır və hər dəfə də "müəllim, üzr istəyirəm, düşündüm ki, yəqin gec gələrsiniz" deyib evinə yollanır. Ən azı hər dəfə 5 dəqiqə vaxtım itir. Alman deyil, rus deyil, gürcü də deyil, heç erməni də deyil. Azərbaycanlıdır. Ona görə də deməyə lüzum görmürəm ki, bu yer mənim maşınım üçün qeyd olunub, başqasının yerində saxlamaq doğru deyil. Səbrlə bunu anlayacağını gözləyirəm. Siyasət də belədir. Səbrlə bəzən bir şeylərin özlüyündən anlaşılmasını gözləməlisən. Bu gün təsadüfən şəxsini tanımadığım həmin bina qonşumun maşının nömrəsinə diqqət yetirdim və hamını heyrətə gətirəcək bir ardıcıl nömrəsi olduğunu gördüm, yəni tam "zerkalnı". Təbii ki, bahalı maşın, bahalı nömrə, ancaq çatmayan əsas bir komponent var: səviyyə. Mənim bir dostumun klassik sözünü hər zaman zövqlə xatırlayıram: Səlahiyyət insanın özüdür, öz şəxsiyyətidir. Ona görə də özünüz hər sahədə düşüncə və davranışınızla bir nömrə olmağa çalışın ki, maşınınızın, telefonunuzun nömrəsi ilə prestij axtarmayasınız”


                                                                           ***

Günel Cəlilova: "Bu gün efirə dəvət olunan müğənnilər Kayahanın mahnılarını ifa edir. Qurban olum sizə oxumayın. O gözəl mahnıları olmayan səsinizlə bərbad hala salmayın


                                                                          ***

Zəminə Əliyeva: "Məncə ədəbiyyat yaradanlar Allahın yerdəki rəqibləridir”


                                                                           ***

Əvəz Rüstəmov: "Əlimizdəki erməni əsgər ermənilərə səslənərək onları biz tərəfə çağırır. Bu zalımın balasına demək lazımdır ki, banandan-manandan yeyib meymunluq eləməsin. Yox bir hamı keçsin bu tərəfə. Biz də sizin hamınızı yedizdirək, içizdirək hə? Axmaq oğlu axmağın danışığına bax da”


                                                                           ***

Aqşın İbrahimi: "Futbolumuz neftdən düzələn "konfet" idi. Qorxuram, kriminalni yazar Çingiz Abdullayevin "Neftçi"yə prezident təyin olunmasından sonra, neft cinayətlərindən yazılmış qara bir kitab olsun”


                                                                            ***

Tural İsmayılov: "Nə qədər ki, biz mətbuatda cinayət xəbərlərini "namus cinayəti” kimi tədim edəcəyik, öldürənlər artacaq. Nə qədər ki, məhkəmələrdə namus cinayəti törədənlərə gizli rəğbət olacaq, ölənlərin sayı azalmayacaq. Nə qədər ki, həbsxanalarda qatilə
qatil kimi yox, "namusunu təmizləmiş kişi” kimi yanaşacaqlar, qanlı bıçaq şəkilləri manşetlərdən düşməyəcək.(c)”


                                                                           ***

Şamxal Şəbiyev: "Saçının bir teli üçün dünyanı dağıdaram deyen adam, o saç yeməkdən çıxdığı zaman qadının dünyasını darmadağın edir”


                                                                          ***

Röya Nağıyeva: "Xahiş edirik ,"kişi kimi qız " ,"kişi xasiyyətli qız" kimi 'tərif'lərinizi yapışdırmayasınız bizə.nə edək, qadınlaraxas həssaslıga ,dərin təhliletmə və zərif duygulara sahib kişilərə də "arvad kimi" kişi deyək biz də?


                                                                         ***

İradə Cəlil: "Həyat mənim üçün çox maraqlı idi, ilk əmək haqqım ilə yemək alana qədər..


                                                                        ***

İntiqam Valehoğlu: "Ərə tez gedən qızlar tez də qocalırlar”


Sübhan Mahmudlu