adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 May 2015 15:37
58529
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da osan. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan. Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlia eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınnan dostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, çox tanınasınız. Necə varsız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                        ***


Rza Rzayev : "Yerinizi görünmək üçün dəyişməyin !”.


                                                                        ***


Vüsal Məmmədov: " Əli Kərimli face-də yazmışdı ki, onlar 3 may mitinqini eləməsələr, manat yenə devalvasiyaya uğrayacaq. Mitinq də olmadı. indi iki gündür ölkədən kənardayam, narahatam: manata bir şey olmayıb ki?!”.


                                                                         ***


Vüsalə Mahirqızı: "Adamları yerində, vəzifəsində olanda tənqid eləmək lazımdı. Bacarırsınızsa, belə eləyin, bacarmırsınızsa işdən çıxarılanda da susun. Çünki çox pis görünür və adamı iyrəndirir. Anar Qedirli fəal mətbuat xidməti rəhbəri olmayıb, düzdü. Amma artıq hamımız bilirik ki, mətbuat xudməti rəhbərinin səlahiyyəti nə qədərdi və onların fəallıqlarında rəhbərliklərinin də xeyli payı olur. Amma bu həqiqətdi ki, Anar Qedirli hər bir jurnalistin yaxını, ailə üzvü ilə bağlı xahişlərinə həssas yanaşıb. Bizim bir əməkdaşımızla bağlı ciddi səhhət problemi yaranmışdı, mən xahiş etdim, sonra adamı xaricə göndərəsi olduq. Anar Qədirlinin bir gündə 3-4 dəfə o məsələylə bağll mənə zəng elədiyi yadımdadı. Belə məsələləri unutmayın! Və bunları eləmək onun vəzifəsinin gətirdiyi borc da deyil”.


                                                                        ***


Bəxtiyar Rəhimov: "Ali təhsil haqqında diplomun olmağı, "savadlı” olmaq, kostyum geyinib qalstuk bağlamaq Ziyalı olmaq demək deyil... Cəmiyyətdə ziyalı olmaq, bu adı daşımaq çox çətin, şərəfli və məsuliyyətli bir işdir. Bütün cəmiyyətin xüsusilədə gənclərin diqqət mərkəzində fəaliyyət göstərən İctimai işlərlə məşğul olan şəxslər ziyalı olmalıdır!”.


                                                                        ***


Aynur Camal: "Qadınlara qarşı ən böyük haqsızlıq odur ki, Tanrı onları qadın yaradıb... İstəsə, güclü də yarada bilərdi. Amma... ən böyük ədalətsizlik lap əvvəldə baş verib...”.


                                                                        ***


Cəlil Cavanşır: "İtləri ilə gəzənlər sevgilisi ilə gəzənlərdən daha xoşbəxt görünür bu şəhərdə...”.


                                                                       ***


Aysel Vəlizadə: "Sevgini bildirmək, hiss etdirmək üçün dəqiqədə bir xoş söz yazmaq və ya hədiyyələr almaq lazım deyil. Diqqət, qayğı və ən önəmlisi gerçəkdən sevmek lazımdır. Gerçək sevgiylə söylənən tek bir söz belə, ta ürəkdən gəldiyi üçün birbaş urəyə təsir edər”.


                                                                       ***


Fatimə İbrahimova: "Heç bir şey etməyən insanlar həmişə yorğundurlar və onlardan tələb olunan kiçik işlərə də vaxt çatdıra bilmirlər”.


                                                                        ***

Fidan Afər: "Dəyişmək çətin olsa da, bir yerdən başlamaq lazımdır, daha da çətinləşməmək üçün”.


                                                                       ***

İntiqam Valehoğlu: "Uşaqlıq, daha doğrusu yeniyetməlik şəkillərimə baxanda özüm hürkürəm. Nə biabırçı, avam olmuşuq. Fotoqraf görən kimi fərəqətdə dururduq. Guya başqa cür dayansaq, fotoaparat çəkməyəcək))) Ya da aparıb ağacın zadın altında qoyurdular ki dur burda çəksin... Ətimiz tökülsün)))) İndi ağıllı-ağıllı danışırq da))”.


Sübhan Mahmudlu