14 yaşlı oğlan kanalda boğuldu - YENİLƏNİB
Dünən Ağdaşda kanala düşərək boğulan yeniyetmənin meyiti tapılıb.
Adalet.az xəbər verir ki, suda boğulan 2010-cu il təvəllüdlü Vüqar Zakirlinin meyiti kanala düşdüyü ərazidən bir qədər aralıda aşkarlanıb.
Meyit FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
09:49
Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.
Adalet.az xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.
2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.
Nəticədə yeniyetmə suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
28 Mart 2026 23:49
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO + YENİLƏNİB
28 Mart 2026 15:31
Xaçmazda yaşayış evlərini su basdı - Sakinlər təxliyə edildi - VİDEO
28 Mart 2026 13:50
Xırdalanda binanın zirzəmisinə su doldu - VİDEO
28 Mart 2026 13:21


Bakı -°C

