19 yaşına 28 insanı ölümdən qurtaran igid: Rahib Məmmədovun xatirə gecəsi
1987-ci ildə həm sovetlər birliyində, həm də dünyanın bir çox ölkələrində cəsurluğu, igidliyi ilə örnək olan, 19 yaşında 28 gürcünü azğın sellərin ağzından - ölümdən xilas edərək əbədiyyətə qovuşan Rahib Məmmədovun xatirə gecəsi keçirilib.
Adalet.az xəbər verir ki, 11 aprel Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Qırmızı ulduz"ordenli qəhrəman Rahib Məmmədova həsr edilmiş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
..jpg)
Tədbirdə şəhidin qardaşı,Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyinin direktoru Sahib Məmmədov, Abşeron Binə Peşə Liseyinin şagird və müəllim kollektivi,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələri, jurnalist Teymur Zahid oğlu, Ağdam rayon Mahrızlı kənd nümayəndəsi Adil Aslanov, Ağdama qayıdış ictimai birliyinin sədri Azər Qasımov, tibb xidməti polkovniki, Qarabağ Müharibəsi veteranı Adil Eyvazov, şair publisist Rəfael Tağızadə, Cəbrayıl Tarix Diyarşünaslıq Muzeyinin icraçı direktoru, şəhid Nurəddin Fətullayevin bacısı Aytən Fətullayeva, şəhid Elçin Hacıyevin anası Məlahət Hacıyeva, vokalist Cahangir Cahangirov adına xor kollektivinin solisti Emil Bağırzadə, Azərbaycan Milli Konservatoriyasının məzunu, Respublika müsabiqələr laureatı Səma Vüqarlı iştirak edib. ADMİU-nun 2-ci kurs tələbəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü ,4 kitab müəllifi Səma Muğanna və 4- cü kurs tələbəsi Kənan Hüseynov şeirlər səsləndirib.
ADMİU-nun tələbələrinin ifasında musiqi parçaları səsləndirilib. Bildirilib ki, ,Rahib Məmmədov xatirəsi daima əbədi yaşayacaqdır.
Xatırladırıq ki, 1987-ci il fevralın 1-dən 2-nə keçən gecə 19 yaşlı azərbaycanlı əsgər -1967-ci ildə Azərbaycanın Ağdam rayonundakı Mahrızlı kəndində anadan olmuş Rahib Gülmalı oğlu Məmmədov hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonundakı Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək təbii fəlakət zamanı 28 nəfər sakini seldən xilas edib və qəhrəmancasına həlak olub.
Əntiqə Rəşid
Digər Xəbərlər
16 Sentyabr 2026 12:05
“Sözə çevrilən milli yaddaş...”
16 Sentyabr 2026 10:58
“İslam bizə görə dindir, ərəbə görə isə onun kültürüdür”
15 Sentyabr 2026 11:24
YENİ TƏDRİS İLİMİZ MÜBARƏK!
14 Sentyabr 2026 19:47
Əbülfət Mədətoğlu: TƏBRİKSİZ GÜN...
14 Sentyabr 2026 12:44
Yaxşılıq səssiz ediləndə insanların qəlbində qalır
14 Sentyabr 2026 10:54
Əbülfət Mədətoğlu - Həyatımdakı 11 sentyabr
14 Sentyabr 2026 10:53
“Ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”
11 Sentyabr 2026 16:21


Bakı -°C

