20 universitet vahid rəqəmsal ekosistemə qoşulur
Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir.
Adalet.az xəbər verir ki, birgə fəaliyyət universitetlərin müəllim, tələbə və inzibati heyətinin müasir rəqəmsal alətlərə çıxış imkanlarının genişləndirilməsinə, tədris və idarəetmə prosesində rəqəmsal həllərin tətbiqinə xidmət edir.
Mərkəzləşdirilmiş yanaşma çərçivəsində ümumilikdə 20 ali təhsil müəssisəsinin lisenziyalı “Microsoft” alətləri ilə təmin olunması nəzərdə tutulur. Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Qarabağ Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Mingəçevir Dövlət Universitetində bütün texniki və təşkilati işlər tamamlanıb, “Microsoft” həlləri istifadəyə verilib. Digər ali təhsil müəssisələrində isə qoşulma prosesi mərhələli şəkildə davam etdirilir.
“Microsoft” platformasında təqdim olunan süni intellekt əsaslı həllər, xüsusilə “Copilot” aləti müəllimlərə dərs planlarının hazırlanması, tədris materiallarının yaradılması, qiymətləndirmə və digər akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün əlavə imkanlar yaradır. Süni intellekt alətlərinin tətbiqi müəllimlərin iş yükünün optimallaşdırılmasına və tədris prosesinin keyfiyyətinin artırılmasına töhfə verir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi ilə "Microsoft" arasında həyata keçirilən bu proqram ali təhsil sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tədris mühitinə inteqrasiyası və rəqəmsal bacarıqlara malik insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Digər Xəbərlər
23 Iyun 2026 10:07
Universitetlər Bakıdan köçürülür? - Nazirdən açıqlama
22 Iyun 2026 17:13
"Bütün müəllimlərin maaşı artır" - Nazir
22 Iyun 2026 17:09
BŞTİ 30 məktəblə bağlı - QƏRAR VERDİ
22 Iyun 2026 11:13
Azərbaycan Universitetinin təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib
21 Iyun 2026 14:04
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi - YENİLƏNİB
19 Iyun 2026 17:56
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
19 Iyun 2026 17:28
513 əlaçı 0-200 bal toplayıb
19 Iyun 2026 16:44


Bakı -°C

