02 Mart 2024 12:24
721
GÜNDƏM

32 ildir  Azərbaycan BMT-yə üzvdür: Ümidlərimizi dəfn edən 4 qətnamə...

Bu gün Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 32 il ötür..


Adalet.az xəbər verir ki, Azərbaycan müstəqilliyini sonra 1991-ci il oktyabrın 29-da bərpa etdi və ilk işi Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət etmək oldu. Çünki, Azərbaycan özü istəmədən böyük bir münaqişyə cəlb olunmuşdu və SSRİ-dən yeni ayrıldığı üçün bu münaqişəni təkbaşına yerinə yetirmək gücündə deyildi. Ordu yaradılmamışdı,cəbbəxanası yox idi.


BMT-nin özünün Nizamnaməsində bəyan edilmiş məqsəd və prinsiplərin həyata keçirilməsi işinə əhəmiyyətli töhfələr verəcəyini əminliklə qeyd etməsi, xüsusilə münaqişələrin sülh yolu ilə tənzimlənməsi və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması variantı bizi ümidləndirdi. Beləliklə,BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edildi. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırıldı.
Deməli, 1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıldı. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açıldı. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurdu. Amma o bizi ümidləndirən variantın üstünə gəlinmədi.


Çox görüş və söhbətlər , təkzibedilməz faktlardan sonra 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirildi. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edildi.Qətnamələr ictimaiyyətə açıqlananda sevincimizdən az qala başımızı itirirdik. Çünki, Qarabağda dağıdılmış və viran edilmiş rayonlarımız şəhərlərimiz, işğal olunmuş torpaqlarımız, dininə, dilinə, milliyyətinə görə öldülümüş dinc insanlar, yurdlarından deportasiya edilmiş köçkünlərin haqqını BMT dinc yolla yoluna qoyacağına inandıq.
27 il həllini gözləyən və 27 il kağız üstündə yatan həmin qətnamənin birinisə BMT həll etməyə özündə güc tapmadı. Nəhayət, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. Ordu-muz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini təkbaşına icra edərək, işğal altındakı ərazilərimizi qısa zamanda yağılardan azad edib. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə “Vətən müharibəsi” adı ilə düşüb.

Xatırlayırsınızsa, 2023-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi (BMT BM) Ermənistanın müraciəti ilə bağlı  keçirilən iclasında Azərbaycanın Qarabağın erməni əhalisinin hüquq və azadlıqlarını təmin etməli olması ilə bağlı qərar çıxardı.

Məhkəmə sədri Coan Donahyunun oxuduğu qərarda bildirilir ki, Azərbaycan bu il sentyabrın 19-dan sonra Qarabağı tərk etmiş və qayıtmaq istəyən erməni millətindən olan şəxslərin Qarabağa qayıtmasını təmin etməlidir. Bundan əlavə, Qarabağdan getmək istəyən ermənilərin təhlükəsiz və maneəsiz şəkildə keçidi təmin edilməlidir.

Üçüncüsü, Azərbaycan sentyabrın 19-dan sonra Qarabağda qalan və ya daha sonra geri qayıdanlara qarşı güc tətbiqindən və ya hədə-qorxudan yayınmalıdır.
Qərara əsasən, Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir.

P.S.Birləşmiş Millətlər Təşkilatına hər il kifayət qədər məbləğdə üzvlük haqqı ödənilir. Day mən öz asayişimi şəhidlərimizin , maliyyəmin hesabına həyata keçirəcəkdimsə, bu BMT-yə üzv olmaq mənim nəyimə gərəkdir?

Əntiqə Rəşid