Senat "hücuma" keçir - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
310 | 2025-10-22 13:21

ABŞ prezidenti Donald Trampla Rusiya Feferasıyasının prezidenti Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüş ərəfəsi, Birləşmiş Ştatların senatı, deyəsən Trampın mövqeyini möhkəmləndirmək üçün "hücuma" keçir.

 Axios portalın qanunverici orqan nümayəndələri və onların köməkçilərinə istinadən yazır ki,  Senatın beynəlxalq əlaqələr komitəsi, Rusiyaya təyziqi gücləndirmək məqsədiylə üç qanun layihəsi hazırlayıb. 

 Birinci sənəd, Rusiya ilə ticari əməkdaşlıq edən  ölkələrə qarşı daha sərt sanksiyaların tədbiq olunmasını nəzərdə tutur. Belə ki, Rusiyadan neft, qaz, uran və digər resurslar alan ölkələrə qarşı 500 faiz rüsumlar tədbiq ediləcək. 

 Qəbul ediləcək ikinci sənədə görə, Rusiya "terrorizmə dəstək verən ölkələrin" siyahısına əlavə ediləcək. Üçüncü sənəddə isə, Vaşinqton Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərin Ukraynaya verilməsi planlaşdırılır.

 Əslində, Senatın tam heyyətdə bu sənədləri nə zaman müzakirə edəcəyi tarixin bildirilməməsi onu göstərir ki, ABŞ Budapeşt görüşləri ərəfəsi, Putinlə Ukrayna münaqişəsinin danışıqlar yolu ilə aparılması məsələsinin müzakirələri zamanı, prezident Donald Trampın "əlini möhkəmləndirməyə" xidmət edən siyasi manevrdir.

 Çünki, hər kəs bilir ki, nə Vladimir Putin, nə də Volodimir Zelendki Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına, məsələnin danışıqlar yolu ilə müzakirəsinə hazır deyillər. ABŞ prdzidenti Donald Tramp administrasiyası da, bunu yaxşı bilir. Sadəcə olaraq, ABŞ prezidenti ən azından qan tökülməsini dayandırmaq məqsədiylə atəşkəsə nail olmaq istəyir.

 Atəşin dayandırılmasına  isə, həm Ukraynanın, həm də Rusiyanın irəli sürdükləri şərtlər imkan vermir. Donald Tramp məhz bu şərtləri yumşaltmaq məqsədiylə hər iki ölkə rəhbəri ilə görüşüb onları kompramisə getməyə razı sala biləvəyinə ümüd edir. 

 Lakin hələ ki, əsasəndə Rusiya prezidenti "nu" deyib durur ki, durur.

  Ağ Evin rəhbəri hələ ki, səbrlə tərəfləri razı salmağa çalışır. Gözləyək... inandırıcı görünməsə də, Budapeşt görüşündən atəşkəs xəbərini gözləyək...

 

  • Sentyabr:
  • 26

TƏQVİM / ARXİV