17 Fevral 2025 15:41
562
HADİSƏ

343 gün erməni əsirliyində qalan "Fedya" vəfat edib

1994-cü ildə Birinci Qarabağ müharibəsinin gedişində erməni silahlı birləşmələrinə əsir düşən və 1 ilə yaxın əsirlikdə qaldıqdan sonra qaçaraq xilas olmağı bacaran Famil Əliyev vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

343 gün erməni əsirliyində qalan “Fedya” ləqəbli keçmiş döyüşçünün xəstəlik səbəbindən vəfat etdiyi qeyd olunur.