''O kişilər pozğundur" - Aktrisa kimlərdən DANIŞDI?
"Bir dəfə fahişə obrazına çəkilmişəm. Göstərin, "Zəhər tuluğu"ndan başqasına çəkilmişəm. Hər bəzənib cəmiyyət içinə çıxan, saçına daraq çəkən əxlaqsızdır? Bəzilərinin beyni əxlaqsız işləyir. Qonşunuzda yoxdur bəzənib küçəyə çıxanın üstünə "pozğun" damğası vuran?".
Adalet.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova "Kinoroom" yutub layihəsində deyib.
O, ünvanına deyilən tənqidlərdən danışıb. Aktrisa obrazlarına görə ona şər atanları tənqid edib:
"Dırnaqarası, çayxanada oturub çay içən kişilər qadın arxasınca danışır. Həmin kişilərdir pozğundur. Serialda obrazı oynayanda gözəl bilirdim ki, gedişat buna aparacaq. Camaat bunu düşünəcək, proses ona xidmət edirdi. Qadın qab yuyursa, yeri təmizləyirsə baxımsız olmalısan? Gözəl, boylu-buxunlusansa, saçına daraq çəkəndə gözəl olacaqsan. Özümə, əxlaqıma, incəsənətə gəldiyim yola güvənirəm, istədiyim rolu oynayıram. Rol seçən aktrisa özünə güvənmir. Bu, onun əxlaqına dəlalət etmir. Belə düşünürsə, beynində problem var. Çox rahat uşağını atan qadını oynayaram. Çünki özümə arxayınam ki, necə insanlığa, vicdana malikəm. Sən vicdanını tərəziyə qoyub ölçə bilməzsən. Sən dara düşəndə bilirsən ki, vicdanlısan, ya yox".
Z.Qurbanova bildirib ki, bütün növ obrazları oynamağa açıqdır:
"İstənilən rolu oynayıram: ərinə xəyanət edən, atan, küçədə dilənən qadını. Çünki bunu həyatda etmərəm. Bunları biz cəmiyyətdən görüb götürürük. Bizə pis şərh yazıb qızışan tamaşaçının həyatıdır. "Əxlaqsız" yazan qadının taleyini araşdırsan nələr çıxar. Elə kişinin də arxasında nələr çıxar. Tanıdığın, eşitdiyin hadisələri öyrənirsən. Əminəm ki, roluma görə kimsə mənə güldən ağır söz deyə bilməz. Kinonun bu qədər inkişaf etdiyi ərəfədə tamaşaçının dar düşüncəsi mənə qəribə gəlir. İşimlə bağlı doğru tənqid edən tamaşaçımdır. Avtobus mahnısına qulaq asıb, dar düşüncə ilə yazan tamaşaçı deyil. Əgər əxlaqında, tərzində, ayağında sürüşkənlik varsa, istənilən peşədə bunu edəcəksən. Başqa ayağı sürüşkən qızlar var ki, qiymət qaldırmaq üçün bu sahəyə gəlir".


Bakı -°C

