04 Dekabr 2023 13:59
2069
MARAQLI

4 məşhur sağçı və onları ortaq nöqtəsi

Andrew Enthony tərəfindən British Observer qəzetində dərc olunan məqalədə Argentinanın yeni prezidenti Xavier Milei, Hollandiya seçkilərində sürpriz şəkildə görünən Geert Wilders, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və İngiltərənin keçmiş baş naziri Boris Consonun "havalı" saç stilləri ilə populist siyasətləri arasında əlaqənin olduğu şərh edilib..

Keçmiş İngiltərə naziri Rory Stewart-ın “Populizm tamamilə saçla bağlıdır” açıqlamasına toxunan qəzet, 4 sağçı liderin saç düzümü ilə diqqət çəkməsinin təsadüf olmadığını qeyd edib.

Məqalədə Mərkəzi Bankı və mühüm nazirlikləri bağlayacağı vədi ilə mübahisə yaradan Argentinanın yeni lideri Mileinin maraqlı şəxsiyyətini rok ulduz üslubu ilə tamamladığı qeyd edilərək, uzun illərdir saç stili dəyişməyən Boris Consonun “Siyasət bir teatr səhnəsidir" fikrinə uyğun hərəkət etdiyi yazılıb. 

Məşhur moda jurnalı Vogue-un keçmiş redaktoru Alexandra Shulman, "Həddindən artıq səliqəli saçlı bir insandan daha şübhəli bir şey yoxdur. Dağınıq saçlar sizi çox məşhur insan edir" deyib. 

Londondakı Queen Mary Universitetinin Siyasi Elmlər üzrə professoru Tim Bale bildirib ki, bütün siyasətçilərin brendi var, lakin xüsusilə populist siyasətçilər öz brendlərini havalı, dağınıq saçları ilə dəstəkləmək istəyirlər.

Qəzet məşhur adların, aktyorların və müğənnilərin istifadə etdiyi brendləşdirmə üsullarının siyasətçilər tərəfindən istifadə edildiyini qeyd edərək, bunun ən yaxşı nümunəsinin “saçları ilə hər zaman fərqlənən” Donald Tramp olduğunu yazıb.

Alexandra Şulmanın sözlərinə görə, qadınlardan fərqli olaraq, kişilər saçları ilə bağlı tənqidlərə qarşı bağlıdırlar və saç düzümlərinə bir növ güc kimi baxırlar.

Məqalədə populizmin “qeyri-adi insan” ideyası ilə bağlı olduğu, fərqli saç tərzinin darıxdırıcı idarəçilik yanaşmasından kənara çıxmağa imkan verdiyi, saç düzümünün uzun müddətdir ki, güc və kişilik rəmzi kimi göründüyü bildirilib. 
 

Eminquey