"43 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub" - Nazir müavini
"2025-ci ildən etibarən inzibati nəzarət qaydasında baxılması üçün ölkə üzrə bütün bələdiyyə aktları qanunvericiliyin tələblərinə uyğun olaraq “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilir".
Adalet.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da informasiya sisteminə yerləşdirilməsi təmin olunub.
Nazir müavini vurğulayıb ki, görülmüş tədbirlər nəticəsində bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi halları, eləcə də bununla bağlı bələdiyyənin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb:
“2025-ci il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 50 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 43 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə tərtib edilən protokolların sayı 103 olub”.
Digər Xəbərlər
13 Fevral 2026 13:07
"Daşınmaz əmlaklarla bağlı yeni qanun layihəsi hazırlanmalıdır" - Deputat
13 Fevral 2026 12:57
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək
13 Fevral 2026 12:54
"Mülkiyyət müqəddəsdir, dövlət ondan da müqəddəsdir" - Siyavuş Novruzov
13 Fevral 2026 12:46
"Bəzi bələdiyyə sədrləri iclasları formal keçirir" - Deputat
13 Fevral 2026 12:15
Milli Məclis bələdiyyələrlə bağlı hesabatı təsdiqlədi
13 Fevral 2026 12:12
"Əgər Pezeşkiyana səlahiyyətlər dövr edilərsə..."
13 Fevral 2026 11:59
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
13 Fevral 2026 11:53


Bakı -°C

