Efiopiyanın Baş naziri Ələt Azad İqtisadi Zonasında oldu
Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin başçılıq etdiyi rəsmi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) olub.
Adalet.az xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşdə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov nümayəndə heyətinə ƏAİZ-in strateji coğrafi mövqeyi, Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, eləcə də Xəzər hövzəsində formalaşan sənaye mərkəzi kimi artan rolu barədə ətraflı məlumat verib.
Bildirilib ki, azad zona unikal qanunvericilik bazasına malikdir və burada investorlar üçün xüsusi hüquqi rejim tətbiq olunur. Qeyd edilib ki, ƏAİZ-də rezidentlərə istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur, müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri, həmçinin geniş maliyyə və qeyri-maliyyə imtiyazlar paketi təqdim edilir.
Daha sonra ali qonaq azad zona ərazisindəki sənaye mərkəzinin fəaliyyəti ilə tanış olub.
Digər Xəbərlər
27 Fevral 2026 18:54
Sabitlik, təhlükəsizlik və inkişaf
27 Fevral 2026 17:40
Prezident yeni səfirlər təyin etdi - SƏRƏNCAM
27 Fevral 2026 17:16
Prezidentdən "İçərişəhər" Qoruq İdarəsi ilə bağlı FƏRMAN
27 Fevral 2026 16:57
Əli Əsədov nazirlərə tapşırıqlar verdi
27 Fevral 2026 16:51
Ombudsmanın 2025-ci il məruzəsi Milli Məclisə təqdim olunacaq
27 Fevral 2026 16:28
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı - YENİLƏNİB
27 Fevral 2026 13:18
Azərbaycanla Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək
27 Fevral 2026 13:03


Bakı -°C

