adalet.az header logo
  • Bakı 19°C
18 May 2022 14:07
1344
MƏDƏNİYYƏT

47 illik sənəti qiymətləndirilmədi: Ruhi xəstəliyə tutuldu, ailəsi dağıldı, oğlu narkoman oldu – ANIM GÜNÜ

Azərbaycanın görkəmli teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Xalq artisti Səyavuş Aslan həyatında yalnız bir qadını sevib: Həyat yoldaşı Ofeliya Aslan!Musiqili Komediya Teatrında işləyən cütlük, elə orda da tanış olur, bir-birlərini sevirlər. Ancaq elçilkdə qızı vermirlər. Siyavuş Aslan qızı qaçırdır. Həmin vaxtlar sevilən aktrisanın bəlkə də ömrünün ən gözəl illəri olub.

Adalet.az xəbər verir ki, bu gün tanınmış aktrisa, bir çox komik rolların mahir ifaçısı Ofeliya Aslanın anım günüdür.

 

Sənət yolu

Ofeliya Aslan 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Uzun müddət fasilədən sonra 1997–ci ildən yenidən teatra qayıdıb və aktrisa kimi fəaliyyətini davam etdirib. İlk rolu "Durna" komediyasında Lalə obrazı olub. Getdikcə püxtələşən aktrisa "Beşmanatlıq gəlin"də Gülnaz, "Arşın mal alan"da Telli, "Hicran"da Çarleston, "Axırı yaxşı olar"da Dilbər, "Bankir adaxlı"da Səmayə və s. rolları bacarıqla ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. Keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R.Hacıyevin "Mama, ya jenyus" əsərində Bibixanım rolunu oynayıb. 47 illik səhnə fəaliyyətinə baxmayaraq aktrisaya heç bir fəxri ad verilməyib.

 

Şəxsi həyatı

 

Ofeliya xanım 27-də Bakının Saray kəndində Xalq artisti, aktyor Rza Əfqanlı və ilk qadın teatr rəssamı, Xalq rəssamı Bədurə Əfqanlının ailəsində doğulub.

Səyavuş Aslanla evliliyində iki oğul övladı olub: Çingiz və Eldar. Ofeliya Aslan xəstələnənə qədər bu ailə xoşbəxt olub. Evin xanımı ruhi xəstəxanaya düşür və bütün bədbəxtliklər o gündən başlayır. Aktrisanın psixikası pozulduqdan sonra cütlüyün ayrılması labüdləşir. Onlar ayrılsalar da teatrın arxasındakı bir evdə yaşayırdılar.

Ailənin üzərinə bədbəxtlik bədbəxtlik üstündən gəlib. Siyavuş Aslan ata kimi də xoşbəxt deyildi. Oğlu Çingiz Aslan haqqında yaxşı olmayan xəbərlər dolaşırdı, mətbuat yazırdı. O, atasının "Xətai" metrosu yaxınlığındakı evini qumara qoymuşdu. Siyavuş müəllim bu hadisə ilə bağlı yaxın dostlarından birinə bunları deyib: "Pis vəziyyətdə evə gəlmişəm. Gördüm, binanın qabağında bizim bahalı mebelləri maşına yığırlar. Soruşuram, bunu hara aparırsınız? Deyir, oğlun bunları bizə satıb - 3 min manata. Çıxardıb pulunu qaytarıb yola saldım”.


Sevilən aktrisa 2010-cu il mayın 18-i Bakıda vəfat edib. Siyavuş müəllim ömrünün sonunacan onu çox sevib və rəhmətə gedəndə çox sarsılıb. Həyat yoldaşı Ofelya xanımdan sonra cəmi 3 il yaşaya bildi.

Əntiqə Rəşid