05 Avqust 2024 09:32
96
GÜNDƏM

5 Avqust Hərbi Dəniz Qüvvələri Günüdür

Avqustun 5-i Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günüdür.

Adalet.az-ın məlumatına görə, Ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd olunur.

Hərbi Dəniz Qüvvələrinin yaranma tarixinə, keçdiyi inkişaf və döyüş yolunun, nizami ordu quruculuğunun bəzi önəmli məqamlarına nəzər salır.

Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlayıb. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına qaçırılıb və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılıb.

Yeni yaranmış Azərbaycan hərbi donanmasında yüksək rütbəli zabitlərdən yalnız “Ərdahan” və “Astrabad” gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə azərbaycanlı idi. Hərbi Nazirlikdə donanma ilə məşğul olan bölmə olmadığından Xəzər hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat Nazirliyində baxılırdı.