17 Oktyabr 2024 13:18
188
GÜNDƏM

50 ildir saxta soyqırım, indi də "papik-mamik" heykəlləri dünyanın şəhərlərinə "əkilir" 

100 ildir olmayan saxyta erməni soyqırımına dünyanın bir çox şəhərlərində, qəsəbələrində heykəllər, monumental abidələr ucaldan ermənilər, indi də qondarma “artsax”ı qapı- qapı gəzdirirlər.

Adalet.az
xəbər verir ki, Avstraliya Erməniləri Milli Komitəsinin təşəbbüsü ilə təşkilatın 60 illik yubiley tədbirləri keçirilib.

 Erməni mediası yazır ki, tədbirlər çərçivəsində Sidneydə “Artsax qəbilə günü” tədbiri təşkil olunub:" Həmin gün Sidneydəki Hamazkain Qolstın adına erməni Kollecinin həyətində “Biz - bizim dağlarımız” abidəsi qoyulub. Bu, hamıya bir mesajdır ki, bizim qeyri-maddi irsimiz, tariximizin daşıyıcıları var olduqca, nəsillərə ötürüldükcə də yaşayacaqdır".

 Qeyd edək ki, ermənilər Avstraliyada hər zaman Türkiyə və Azərbaycan əleyhinə təbliğat aparmağa cəhd ediblər, lakin bunun qarşısı alınıb. Xatırlayırsınızsa “Australian Open-2023” tennis yarışı zamanı Karen Kaçanovun çəkiliş kamerasının ekranına erməni separatçılarını möhkəm olmağa səsləyən yazı yazması bunun bariz nümunəsidir. 

 Əntiqə Rəşid