TDT ölkələrinin ekologiya nazirlərinin ilk iclası Bakıda keçiriləcək
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ekologiya nazirlərinin ilk iclası keçiriləcək.
Adalet.az bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.
Görüş noyabrın 20-də baş tutacaq və COP29 qlobal iqlim konfransı zamanı olacaq.
Bu iclasın türk dövlətləri arasında ekoloji əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformaya çevriləcəyi gözlənilir. Bu da TDT-nin ətraf mühitin qorunması və “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı məqsədlərinə nail olunmasına töhfə verəcək.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Digər Xəbərlər
18 Oktyabr 2024 00:06
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18 Oktyabr 2024 00:01Xudafərin körpüsünün azad edilməsindən 4 İL KEÇİR - VİDEO
17 Oktyabr 2024 17:20Nazir jurnalistlərə minnətdarlığını bildirdi
17 Oktyabr 2024 16:51Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
17 Oktyabr 2024 16:19