77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edildi

77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.
Adalet.az xəbər verir ki, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə qeyd olunub.
Bildirilib ki, 2024-cü il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə 103 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 15 inzibati xəta protokoluna xitam verilib və 11-i isə hazırda məhkəmələrin icraatındadır.
Qeyd olunub ki, bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdən sonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.
Digər Xəbərlər

Nazirlik yel çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət etdi

Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO

Jurnalistlər İnam Kərimova müraciət etdilər

Nazir Vilayət Eyvazov şimali makedoniyalı həmkarı ilə görüşdü - FOTOLAR

İspaniyalı deputatın “Qərbi Azərbaycan”sancısı: "Artsax "ağlaşması

Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavə təsdiqləndi
